
"Bakmiltv.info"ın məlumatına görə, "Vətən Müharibəsi Qəhrəmanı" medalına 83 nəfər layiq görülüb. Onlardan 3 nəfəri general-leytenant, 7 nəfəri general-mayor, 8 nəfəri polkovnik, 1 nəfəri 1-ci dərəcəli kapitan, 13 nəfəri polkovnik-leytenant, 17 nəfəri mayor, 13 nəfəri kapitan, 6 nəfəri baş leytenant, 6 nəfəri baş gizir, 2 nəfəri gizir, 5 nəfəri kiçik gizir, 1 nəfəri kiçik miçman, 3 nəfəri isə əsgərdir.
Vətən Müharibəsi Qəhrəmanı olan generalların siyahısını təqdim edirik:General-leytenant İlham Mehdiyev - Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini
General-leytenant Hikmət Mirzəyev - Quru Qoşunları komandanı
General-leytenant Namiq İslamzadə - Hərbi Hava Qüvvələrinin komandanı
General-mayor Zaur Məmmədov - XTQ üzvü
General-mayor Kənan Seyidov - Əlahiddə Ümumqoşun Ordusunun Komandanı
General-mayor Babək Ələkbərov - DSX-nin Çevik Hərəkət Qüvvələrinin Komandanı
General-mayor Babək Qurbanov - Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının rəhbəri
General-mayor Vüsal Sultanov - DSX Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi
General-mayor Zaur Zeynalov - Azərbaycanın Türkiyədəki Səfirliyində hərbi attaşe
General-mayor Ələkbər Cahangirov - Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı
Hazırladı: Ilham Rəsulzadə
Hiç yorum yok:
Yorum Gönder