Ağdərə şəhidi Sahil İbrahimov


Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 03.06.2025-ci il tarixində  Birinci qarabağ döyüşləri zamanı Ağdərədə  itkin düşmüş şəhid İbrahimov Sahil
Nurəddin oğlu Əmircan qəsəbəsi Şəhidlər xiyabanında dəfn edildi. Dəfndə Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Suraxanı rayonu hüquq mühafizə orqanları və ictimaiyyət nümayəndələri,  AVMVİB sədri Füzuli Rzaquliyev, müavinləri Vahid Abdurəhmanov,  Elmar Hüseynov, rayon şöbə sədrləri Eldar Rüstəmov,  Rəcəb Baxşıyev,  Ramiz  Musayev, Müharibə veteranları İlham Rüstəmov, Vidadi Ağagülov, qazilər, şəhid ailələri, Qərbi Azərbaycan İcmasının nümayəndələri Şəmsi Qoca,  Əbdüləli Həsənov, Ələsgər Məmmədov, BDU-nun professoru Məhəmməd İmanlı,  şəhid ailə üzvləri, Suraxanı əhalisi, məktəblilər iştirak etdilər. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi,  əsgərlər şəhid Sahil İbrahimovun əziz xatirəsinə 3 dəfə yaylım atəş  açdılar. Azərbaycan Respublikasının üçrəngli bayrağı Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev tərəfindən şəhidin qardaşı Cəmil İbrahimova təqdim edildi. Əməkdar artist, bədii qiraət ustası Ağalar Bayramov möhtəşəm çıxış etdi. Axundlar və imamlar Şəhidin ruhuna dualar oxundu.

Hiç yorum yok:

Yorum Gönder

Pages