Bacenova Svetlana Vasilyevna 11 oktyabr 1928-ci ildə Amur v-ti Svabodnıy şəhərində anadan olmuşdur. 1954-cü ildə Lunaçarskiy ad. Teatr İnstitutunun «Musiqili Komediya aktyoru» fakultəsini bitirib. 1972-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya teatrına artist-vokalist vəzifəsinə qəbul olunmuşdur. İşlədiyi müddət ərzində «Filumena Marturano»-da Rozaliya, «Pominalnaya molitva»-da mama Menahema, «Qırmızı papaq»-da nənə, «Düyməcik»-də qurbağa, «Odnacdı v Baqdade»-də Yevnux, «Silva»-da Stassi, Yulianna, «Maritsa»-da Bacena, «Vesyolaya vdova»-da Miliça, «İki küpə girən qarı»-da Küpə girən qarı, «Nu volk poqodi»-də nənə, «Qollandoçka»-da Elli, «Bayadera»-da Marietta, «Perekryostok»-da Do-do, «Semeynıy uikend»-də Marlen kimi rolları ifa etmişdir. İşlədiyi müddətdə öz işini layiqincə yerinə yetirmişdir.
01 iyun 2007-ci il tarixində vəfat etmişdir
Filmoqrafiya
1. Yaşıl eynəkli adam-3 (film, 2002)
Hiç yorum yok:
Yorum Gönder