UFC Bakıda keçiriləcək doqquzuncu döyüşü də rəsmən açıqladı



UFC iyunun 21-də Bakıda keçiriləcək yarış üçün doqquzuncu döyüşü rəsmən açıqlayıb.

BAKMİLTV.İNFO xəbər verir ki, "Baku Crystal Hall"da keçiriləcək gecədə Azərbaycan təmsilçisi Rafael Fiziyevin oktaqona çıxacağı UFC-nin rəsmi saytında elan edilib.

O, əsas kartda final döyüşündən öncə çilili İqnasio Bahamondeslə qüvvəsini sınayacaq.

Tezliklə yarışa daha iki və ya üç döyüş əlavə olunacaq

"Baku Fight Night"da baş tutacaq döyüşlər:

Əsas kart:

Yarımağır çəki: Camal Hill (12-3, ABŞ) - Xalil Rauntri Junior (14-6, ABŞ);

Yüngül çəki: Rafael Fiziyev (12-4, Azərbaycan) - İqnasio Bahamondes (17-5, Çili);

Yüngül çəki: Nazim Sadıxov (10-1, Azərbaycan) - Nikolas Motta (15-5, Braziliya);

Ən yüngül çəki: Taqir Ulanbekov (16-2, Rusiya) - Kiodji Horiquçi (18-2, Yaponiya);

Ağır çəki: Kurtis Blaydes (18-5, ABŞ) - Rizvan Kuniyev (12-2, Rusiya).

İlkin kart:

Orta çəki: İsmayıl Naurdiyev (24-7, Mərakeş) - Park Jonq Yun (18-6, Cənubi Koreya);

Ağır çəki: Hamdi Abdelvahab (6-0, Misir) - Mohammed Usman (11-4, Nigeriya).

Qadınlar

Yarımyüngül çəki: İrina Alekseyeva (5-2, Qazaxıstan) - Klaudiya Siqula (6-2, Polşa);

Yarımyüngül çəki: Melissa Mullins (7-1, İngiltərə) - Darya Jeleznyakova (7-1, Rusiya).

Hiç yorum yok:

Yorum Gönder

Pages