Həmişə müqəddəs peşəsinə layıq,yüksək iş qabiliyyətləri ilə fərqlənən tibb bacılardan biri olan, Müdafiə Nazirliyinin Baş klinik hospitalının və Daxili işlər Nazirliyi (DİN-in) Daxili Qoşunların Baş İdarəsinin hərbi hospitalının həyatında tibb xidməti sahəsində öz dəst -xətti olan, yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, tələbkarlığı,humanistliyi, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti iradi və mənəvi keyfiyyətləri ilə seçilən, hal -hazırda Alo doktor klinikasında çalısan - ehtiyatda olan gizir İmanova Sevil Muxtar qızının may ayının 31- də dünyaya göz acdığı gündür. Anadan olmasının 55 illik yubileyidir!..
Belə bir əlamətdar gün münasibətilə daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, əhatəsində olan insanların hörmətini qazanan, dostlarına və yaxınlarına isti münasibətdə olan Sevil İmanovanı Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (tibb işciləri), doğmaları, əzizləri, yaxınları, iş yoldaşları, onun pərəstişkarları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu edib deyirlər, Sevil xanım qoy yaşınızın üstə gələn bu yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Yüksək nufuz sahibi olan, xidmət etdiyi və işlədiyi kollektivdə təvazökar, qayğıkeş, xeyirxah insan və tibb işcisi kimi tanınan İmanova Sevil Muxtar qızı 1970-ci ilin may ayının 31- də Saatlı rayonunda zəhmətkeş bir ailədə anadan olub.
Sevil xanım 1987 -cu ildə Saatlı şəhəri Səməd Vurğun adına 1 nömrəli orta məktəbi, 1993-cı ildə isə Əziz Əliyev adına Sumqayıt şəhər Tibb Texnikumunu bitrib. Sevil xanım dəfələr ilə tibb işcilərin ixtisas artırma kurslarında olub və həmin kurslarda çox fəal iştirak edib.
Hər zaman həyatda layıqlı yer tutmağa calatmış, yüksək uğurlar qazanmış, vətənpərvər insan,peşəkar tibb bacısı İmanova Sevil Muxtar qızı Əziz Əliyev adına Sumqayıt şəhər Tibb Texnikumunu bitirdikdən sonra, 1993- 1994- cü illərdə Saatlı rayon hərbi hospitalının, 1995-2005 -ci illərdə isə Midafiə Nazirliyin Baş klinik hospitalının pulmologiya şöbəsində tibb bacısı vəzifəsində çalışıb.
Peşəkar tibb bacısı gizir Sevil İmanova 2006- 2016 - cı illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Nərmanov rayonda yerləşən hərbi hissəsinin (hərbi hospitalın) cərrahiyə və ruhi əsəb- dispanseri şöbələrində tibb bacısı və baş tibb bacısı vəzifələrində Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edib.
Torpağına, xalqına bağlı gözəl xanım Sevil İmanova Müdafiə Nazirliyinin Baş klinik hospitallarında və Daxili Qoşunların Baş İdarəsinin hərbi hospitalında xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbi qulluqcu kimi göstərmişdir. Sevil xanım işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə, kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Sevil İmanova öz xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən qoruxmaz,insanpərvər, səxavətli, əliaçıq, vəfalı və zəhmətkeş hərbi qulluqcu olub.
Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, ictimaiyyət arasında öznəlayıq hörmət qazanmış İmanova Sevil Muxtar qizı Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına əməl edilməsi, müvafiq nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmirlərin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində, bir çox hərbi qulluqculara və tibb işcilərinə şəxsi nümunə olmuşdur.
Sevil Muxtar qızı İmanova öz xidməti vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə, hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərinə görə Daxili Qoşunların yubiley döş nişanı ilə təltif olunub, dəfələrlə fərmanlarla,diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırılıb, ona təşəkkur elan edlib və aşağıdakı medallarla təltif edlib:
1.“Qüsursuz xidmətə görə” 3 -cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
2.“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.“Qüsursuz xidmətə görə” 1 -ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
4.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991 2001)” yubiley medalı ilə;
5.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918 – 2008)” yubiley medalı ilə.
SEVİL XANIM!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ...
UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR.
BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ İLDİ " DEYƏRSƏN...
BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ..
SEVİL XANIM 100 İL SAĞLAM VƏ MƏNALI ÖMÜR YAŞAYIN!
55 İLLİK YUBİLEY GÜNÜN MÜBARƏK !
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder