Təbrik:Səadət Həsənova


     

   Həmişə müqəddəs peşəsinə layiq, yüksək iş qabiliyyətləri  ilə  fərqlənən, Daxili İşlər Nazirliyi  (DİN-in) Daxili Qoşunların Baş İdarəsinin  hərbi hospitalında  tibb  xidməti   sahəsində Vətənə və xalqa sədaqətlə xidmət etmiş,peşəkarlığı,humanistliyi dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, iradi, mənəvi keyfiyyətləri və insanlara (xəstələrə)  qarşı qayğıkeşliyi  ilə seçilən, öz davranışı,təfəkkuru,dünya görüşü ilə digərlərdən seçilən, ən əsası xəstə olanlara yaxşı ünsiyyət yaratmağı və onların xarakterinə uyğun  danışmağı bacaran - ehtiyatda  olan  gizir Həsənova  Səadət Nazim qızının may ayının  28- də   dünyaya göz acdığı gündür.


    Belə bir əlamətdar gün  münasibətilə daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan,əhatəsində olan insanların hörmətini qazanan, dostlarına və yaxınlarına isti münasibətdə olan - gizir Səadət Həsənovanı Daxili  İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (tibb işciləri), doğmaları, əzizləri, iş yoldaşları, onun pərəstişkarları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu  edib deyirlər,Səadət  xanım qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

   

   Yüksək nufuz sahibi olan, xidmət etdiyi və  işlədiyi kollektivdə təvazökar, xeyirxah insan  və tibb bacısı kimi tanınan  Həsənova  Səadət Nazim  qızı 1973 -cü ilin    may ayının 28- də  Bakı  şəhərində   zəhmətkeş bir  ailədə  anadan olub.

 

  Peşəsinə sədaqət  nümayiş etdirən tibb bacısı Səadət xanım 1990 -cu ildə Bakı şəhəri Nərmanov rayonun 39  nömrəli   orta məktəbi,  1993-cü ildə  isə  2 nömrəli Bakı Baza  Tibb (indiki kolleci) Texnikumunu  bitrib. Səadət  xanım müəyyən olunmuş vaxtlarda  tibb işcilərin ixtisas artırma kurslarında olub.

    

   Hər zaman həyatda layıqlı yer tutmağa calatmış, yüksək uğurlar qazanmış, vətənpərvər insan və fədakar  tibb  işcisi  Həsənova  Səadət Nazim  qızı tibb bacısı ixtisası üzrə təhsilini başa vurduqdan sonra 1994- 2018 – cu illərdə  Daxili işlər nazirliyi  Daxili Qoşunların Baş İdarəsinin Qaradağ və  Nərmanov  rayonlarında yerləşən hərbi hissənin (hərbi hospitalının) Reabilitasiya şöbəsində tibb bacısı vəzifələrində  çalışıb.

   

 

   Torpağına, xalqına bağlı gözəl xanım,öz nəzəri və praktiki biliyinə görə  Daxili Qoşunların hərbi hospitalında  usta  məharət dərəcəsi almış,  tibb bacısı  -ehtiyatda olan  gizir   Səadət Həsənova Daxili Qoşunların Baş İdarəsinin hərbi hospitalında   xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbi qulluqcu kimi göstərmişdir.O, işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə, calışdığı kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə  olmuşdur.


Səadət  xanım öz xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən   qoruxmaz,insanpərvər, səxavətli, əliaçıq, vəfalı və zəhmətkeş  hərbi qulluqcu olub.


Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, ictimaiyyət arasında öznəlayıq hörmət qazanmış  Həsənova Səadət Nazim  qizı  Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına əməl edilməsi, müvafiq nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmirlərin tələblərinin  dəqiq və sözsüz  yerinə yetirilməsi işində, bir çox  hərbi qulluqculara və tibb işcilərinə şəxsi   nümunə olmuşdur.

  

   Həsənova Səadət Nazim qızı  öz  xidməti vəzifələrini yerinə yetirərkən  fəriqləndiyinə, şücaət  və fədakarlıq  göstərdiyinə və digər xidmətlərinə görə əlacı və  Daxili Qoşunların yaranmasının  yubiley döş nişanları ilə  təltif olunub,  fərmanlarla,diplomlarla, qiymətli hədiyələr ilə mükafatlandırılıb, ona təşəkkur  elan edlib və aşağıdakı medallarla təltif edlib:


1.“Qüsursuz xidmətə görə” 3 -ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;


2.“Qüsursuz xidmətə  görə” 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;


3.“Qüsursuz xidmətə görə” 1-cu dərəcəli  medal ilə- Silahlı Qüvvələrdə   20 təqvim ili xidmətə görə;


3.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991 2001)” yubiley medalı ilə;


4.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918 – 2008)” yubiley medalı ilə.


 SƏADƏT  XANIM!

BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ  ZAMAN TEZ KEÇİR DEYƏ...


UNUTMA Kİ HƏR  KƏS EYNİ ŞEYİ YAŞAYIR.


BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ  İLDİ " DEYƏRSƏN...

 

BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ..



SƏADƏT XANIM 100 İL  SAĞLAM VƏ MƏNALI  ÖMÜR YAŞAYIN!


AD GÜNÜN  MÜBARƏK !


Azərbaycan Respublikasının Silahlı qüvvələri  veteranı və müharibə veteranı, peşəkar  hərbçi və hüquqşünas polkovnik  Salman  Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages