Daxili işlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş,peşəkarlığı,humanisyliyi və səmimiyyəti ilə secilən, ömrünün ən məhsuldar dövrünü Sovet Ordusunda və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında keçirmiş Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Neftçala rayon şöbəsinin Şor kəndinin özək sədri -istefada olan kapitan Mübariz Əjdər oğlu Rəhimovun may ayının 9 – da onun dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan- Azərbaycan Respublikasının müharibə veteranı istefada olan kapitan Rəhimov Mübariz Əjdər oğlunu doğum günü münasibətilə Daxiliişlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,əzizləri, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzulayır.
Kapitan Mübariz Rəhimov 1962- ci ilin may ayının 9- da Azərbaycan Respublikasının Neftçala rayonun Şor kəndində zəhmətkeş bir ailədə anadan olub.
1979 -cu ildə Neftcala rayonun Şor kənd orta məktəbi, 1986 cı ildə Sovet Ordusunun Moskva şəhərinin Nikulinski şəhərində yerləşən gizirlər məktəbini, 1999-cu ildə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim-tədris mərkəzində ixtisas artırma kursunu bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim- metodiki toplanışlarda , müvafiq kurslarda, hərbi və xüsusi - taktiki təlimlərdə, seminar və konfranslarda iştirak edib.
1981- 1983 -cü ilərdə Sovet Ordusunun Almaniyada yerləşən hərb qoşun birləşmələrin birində müddətli həqiqi hərbi xidmətə olub.
1983 -1991 -ci illərdə Sovet Ordusunun Qavqaz Hərbi Dairəsinin Salyan rayonun Çuxanlı kəndində yerləşən hərbi hissədə aviasiya üzrə texnik vəzifəsində işləyib.
1992- 2004- cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Nərmanov, Ağdam, Füzuli, Xətai və Hacıqabul rayonunlarda yerləşən hərbi hissələrində taqım komandiri və böluk komandiri vəzifələrində Millətə, vətənə dövlətə və xalqa şərəflə xidmət edib.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə, Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
M. Rəhimov Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə olunmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində ,qəzalar, bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqalədə hallar , habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə SSRİ Müdafiə Nazirinin, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə fəxri fərmanla,diplomlarla, qiymətli hədiyyələrlə, əlacı və yubiley döş nişanları ilə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidmət vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yeitrərkən fəriqləndiyinə görə SSRI Ali Soveti və Azərbaycan Respublikasının Prezıdentı adından aşağıdakı medallarla təltif edilib:
1.“SSRİ Silahlı Qüvvələrinin 70 illiyi (1918-1988)” yubiley medalı ilə;
2.“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalə ilə;
3.“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
4.“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
5.“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, MÜBARİZ!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder