İnsan ömrü elə də uzun deyil.. Onun 8 illiki uşaqlıq dövrünə cıxanda, 10 illini məktəblə bağlayanda, 2 illini (indiki illərdə bir il altı ayını) əsgəri xidmətə ayranda, 5 illini ali təhsil alanda bir də baxıb görürsən ki, artıq 25 yaşın var,Ondan sonra başın işə qarışır.Nə qədər böyük işlər görürsən də YAXŞI ADAM ola bilmədinsə yaşanan ömür mənasız olur.Necə deyirlər bir ömür yaşadın...
Bu baxımdan kapitan Abuzər Əbilovun bəxti gətirib, YAXŞI ADAM, VƏTƏNPƏRVƏR ZABİT statusunu çoxdan haqq edib.
Özü deməsədə, ordan-burdan xeyirxah əmələri barədə xoş sözlər gəlib catır.. Dost və iş yoldaşları yolunda fədakarlığını, vəfasını, təəssübkeşliyini də bütün üstünə artıranda qazancı hörmət və ehtiram olub.Bəli Abuzər Əbilovla üz-üzə gələndə onu sıradan bir adam kimi qarşılaşmaq mümkün deyil... Onu yaxşı insan kimi qarşılamaq olur.
Bəli yüksək hərbi peşəkarlığı, humanistliyi, işgüzarlığı, insanpərvərliyi, sadəliyi, səmimiyyəti, dəqiqliyi, təmkinliyi,iradi və mənəvi keyfiyətləri ilə seçilən, ömrünün önəmli bir hissəsini hərbi xidmətə həsr edən- istefada olan kapitan Əbilov Abuzər Musa oğlunun may ayının 23 -də dünyaya göz açdığı Daha doğrusu 60 illik yubiley günüdür
Belə bir əlaməda gün münasibətilə daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan, Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan kapitan Əbilov Abuzər Musa oğlunu Daxili işlər Nazirliyinin (DİN-in ) zabitlər birliyinin üzvləri, Daxli Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları, iş və döyüşçü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Abuzər müəllim qoy hər yeni yaşnız sizə sevinc dolu illər, hər yeni günüz isə sizi istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin .
Dövlətin konstitusion qurluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində diqqətəlayıq rolu olan kapitan Əbilov Abuzər Musa oğlu 1965 -ci illin may ayının 23- də Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub.
1983 - cü ildə Bakı şəhərində orta məktəbi, 1987- ci ildə isə General Margelov adına Ryazan Hava Desantları Ali Hərbi Məktəbini bitirib.
Abuzər Əbilov Ali hərbi məktəbi bitirdikdən sonra 1987 - 1991 -ci illərdə Ukrayna Sovet Sosialist Respublikasının Odessa vilayətinin Belqorod şəhərində yerləşən desant diviziyasında müxtəlif vəzifələrdə işləyib.
1991-1998 - ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin Nərimanov,Ağdam və Xəzər rayonlarında yerləşən hərbi hissələrində silah xidmətinin rəisi, Daxili Qoşunların Bas İdarəsinin Silahlandırma xidmətində isə baş zabit vəzifəsində Vətənə dövlətə və xalqa sədaqətlə xidmət edib.
Kapitan Abuzər Əbilov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsindən Silahlı Qüvvələrə ehtiyata buraxıldıqdan sonra Azərbaycan məkanında ilk olan Legion Hərbi Vətənpərvərlik Klubunun yaradıcısı və rəhbəri kimi üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirib. Kapitan Abuzər Əbilov 44- günlük Vətən müharibəsi zamanı daimi döyüş bölgələrində hərbi qulıuqcilarmızın yanında olaraq öz köməkliyini onlardan əsirgəməmişdir.
Hərbi və döyüşcü yoldaşları Abuzər Əbilovu vətənpərvər, qorxmaz, saxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
Kaitan Abuzər Əbilov Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində daxili işlər orqanları ilə birlikdə şəhərdə və digər yaşayış məntəqələrində,, kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında,yaşayış məntəqələrində və islah- əmək müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar , yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və fövqalədə hallar, habelə fövqalədə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində,dövlətətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Abuzər Əbilovun səmərəli və məqsədyönlü fəaliyyəti Daxili İşlər Nazirliyinin və Müdafiə Nazirliyin rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirildiyinə görə Daxili İşlər və Müdafiə Nazirlərinin, Daxili Qoşunların Komandanın və onun müavinlərinin,xidmət rəisinin,Ali hərbi məktəb rəisinin korpus və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə bir sıra medallarla,əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN ABUZƏR MÜƏLLİM!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder