Təbrik: Tibb xidməti mayoru İsrafil İbrahimov-64



Bütün fəaliyyətini həkim peşəsinə bağlayaraq, həyatını olduqca qədim, nəcib və xeyirxah bir işə - insaların sağlamlığının qorunması işinə həsr etmiş, əsl mütəxəssis və yaxşı pisxoloq, əziz qəhrəman və  hünər sahibi olan, ali dərəcəli peşəkar həkim -  istefada olan tibb xidməti mayoru İbrahimov İsrafil Niqalay   oğlunun may ayının 28 -də  dünyaya göz acdığı gündür.

 Belə bir əlamətdar gün münasibətilə daimi həyatın bütün  imtahanlarından alnıacıq və üzüağ çıxan,həmişə müqəddəs peşəsinə layiq, yüksək iş qabiliyyətləri ilə fəriqlənən,cəfakeş həkimlərmizdən   biri   tibb xidməti mayoru İbrahimov İsrafill Niqalay oğlunu  Daxili  İşlər Nazirliyinin (DİN-in) zabitlər  birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,tibb işcilləri, doğmaları, əzizləri,  iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, məsuliyyətli bir o qədər də şərəfli işlərində müvəffəqiyyətlər arzu edib deyirlər, İsrafil həkim yaşınızın üstə gələn bu yaş sizə sevinc dölü günlər bəxş etsin, hər yeni iliniz  isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

Tibb sahəsində öz bacarığı və istedadı ilə seçilən, hərkəsə qayğı ilə yanaşan bacarıqlı və təvazökar  insan İsrafil İbrahimov 1961 - ci ilin may ayının 28 - də Hindistan Respubilkasında anadan olub.

1978- cı ildə Bakı şəhər 189 nömrəli  orta məktəbi, 1987 -cı ildə Azərbaycan  Döclər Tibb    İnstitutunu  bitirib.

 Tibb xidməti mayoru İsrafil İbrahimov  Din-in Daxili Qoşunların Baş İdarəsinin hərbi hospitalında  xidmət etdiyi illər ərzində bir neçə dəfə Əziz  Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təhkmilləşmə İnsitutunda müvafiq ixtisas artırma kurslarda, seminar və konfranslarda fəal iştirak edib.

1987 -1992 -ci illərdə Sumqayıt şəhər xəstəxanasında müxtəlif vəzifələrdə , 1992- 1993 -ci illərdə  Azərbaycan Ordusunun Ağdam rayonunda yerıəşən hərbi hospitalında anestezioloq və reanimatoloq  bölməsinin rəisi, 1994 -2010 -cu illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Qaradağ və Nərimanov rayonlarında yerləşən hərbi hospitalında  anestezioloq və reanimataloq vəzifəsində  Vətənə və xalqa şərəflə xidmət etmişdir.  

İnsan kimi cox mərhəmətli, vətənpərvər, xalqına və ailəsinə sadiq bir insan kimi tanınan İsrafil   həkim hal -hazırda Siyəzən rayon xəstəxanasında  anestezioloq və reanimatoloq şöbəsinin rəisi vəzifəsində işləyir.

  İsrafil həkim 1992- 1994 -cü  illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda  gedən döyüş əməliyyatlarında iştirak edərək, üzərinə düsən vəzifəni, tapşırıqları şərəf və məsuliyyət hissi ilə yerınə yetirmişdir. Azərbaycan Respublikasının müharibə veteranıdır.

O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına  və  qanunlarına əməl edilməsi, Səhiyyə Müəssisələrinin fəaliyyətini tənzimləyən normativ- hüquqi aktların, Hərbi andın , hərbi nizamnamələrin, tibb işçilərinin əxlaqı kodeksinin tələblərinin yerinə yetirilməsi işində bir çox hərbi qulluqçulara nümnə olmuş, Hippokrat andına isə həmişə sadiq qalmışdır.

Ali dərəcəli İsrafil həkim Daxili işlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımışdır, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında, xidmət etdiyi hərbi hissənin (hərbi hospitalın)  şərəfini, döyüş şöhrətini və  öz hərbi rütbəsinin şərəfini daimi qorumuşdur.

İsrafil həkim qoruxmaz, insanpərvər, əli acıq , yüksək intellektual səviyyəli zəhmətkeş həkimdir. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış , qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin (hərbi hospital rəisinin) müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş  nişanları ilə təltif edlib, bir çox  fəxri fərmanlarla, qiymətli hədiyyələrlə, mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, Respublikada əmin – amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında,  öz xidməti vəzifələrini və hərbi hissənin (hərbi hospitalın) qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:


  1. “Qüsursuz xidmətə görə” 3 -dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə ;



  1. “Qüsursuz xidmətə görə” 2 -ci dərəcəli medal ilə -  Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;



  1. “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin   10 illiyi  ( 1991- 2001)” yubiley   medalı ilə;


4.“Azərbaycan Respubilkası  Silahlı Qüvvələrinin 90 illiyi (1998 -2008)” yubiley medalı ilə.


DOĞUM  GÜNÜN MÜBARƏK OLSUN İSRAFİL HƏKİM.


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN İN OLSUN!


 100- İL SAĞLAM VƏ MƏNALI ÖNÜR  YAŞAYIN! 

 

Azərbaycan Respubilkasının   Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar  hərbçi və hüquqşünas polkovnik Salman Musayev 

Hiç yorum yok:

Yorum Gönder

Pages