Yüksək peşəkarlığı,humanistliyi, səmimiyyəti, iradi və mənəvi keyfiyyətləri ilə seçilən, Azərbaycan Respublikasının müharibə veteranı-istefada olan polkovnik Tariyel Ağayevin mayın 12-də dünyaya göz acdığı gündür. Daha doğrusu 65 illik yubiley günüdür
Həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan Tariyel Ağayevi Daxili işlər nazirliyi (DİN-in) Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri,doğmaları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yolunda yeni nailiyyətlər arzu edib deyirlər, Tariyel müəllim qoy hər yeni yaşınız sizə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq, daha da xoşbəxt etsin.
Polkovnik Agayev Tariyel Tərlan oğlu 1960 -cı ilin may ayının 12- də Bakı şəhərində zəhmətkeş ailədə anadan olub.
1982-ci ildə Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və Elektron Hesablama Maşınları” fakültəsini bitirib.
1982-1992-ci illərdə EHM Kompleksi İB-də aparıcı mühəndis, 1993 -2000-ci illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının hərbi kafedrasında müəllim işləyib.
2000-2002-ci illərdə Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsinin Bakı regional şöbəsində şöbə rəisi, habelə Təlim-tədris mərkəzinin Rabitə kafedrasında müəllim vəzifələrində çalışıb.
2002- 2004-cü illərdə Ağayev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Zaqatala rayonunda yerləşən Alayının Rabitə və AİS xidmət rəisi olub.
2004-2013-cü illərdə Daxili Qoşunların Baş İdarəsinin Rabitə və AİS şöbəsində şöbə rəisinin müavini-rabitə bölməsının rəisi vəzifələrində Millətə, vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edib.
2014-2017-ci illərdə Müdafiə Nazirliyin Təlim və Tədris Mərkəzinin rabitə kafedrasının rəisinin müavini-silsilə rəisi vəzifəsində olub.O, nümunəvi xidmətinə görə 29 sentyabr 2017-ci il tarıxində ona polkovnik rütbəsi verlərək ehtiyata buraxılıb.
Tariyel Ağayev DİN-in Daxili Qoşunlarda və Azərbaycan ordusunda xidmət etdiyi illər ərzində Azərbaycan Konstitusiyasına və qanunlarına ciddi əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində bir çox hərbi quluqcullara daima nümunə göstərib.
Taryel Ağayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox təlim metodiki toplanışlarda, ixtisasartırma kurslarında, hərbi və xüsusi-taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində bu sahədə bilik və bacarıqlarını maksimal təkmilləşdirib və beləcə Daxili Qoşunlarda,Azərbaycan Ordusunda özünü son dərəcə faydalı kadr olaraq təsdiq etmişdir.
Taryel Ağayev Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına və Müdafiə Nazirliyinə həvalə edilən vəzifələrin yerinə yetirilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa və terrorizmə qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqələdə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən bütün vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlib.
Təsadüfi deyil ki, hərbi-xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai-siyası hazırlığın, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Ağayev Tariyel Tərlan oğlu Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, Müdafiə Nazirliyin Təlim -Tədris mərkəz rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə dəfələrlə fəxri fərmanlarla, qiymətli hədiyyələrlə, əlacı və yubiley döş nişanları ilə mükafatlandırlıb və ona təşəkkürlər elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında, ölkədə əmin- amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə polkovnik Tariyel Ağayev aşağıdakı medallarla təltif olunub:
1.”Qüsursuz xidmətlərə görə” 1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.“Qüsursuz xudmə görə” 3- cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.“Azərbaycan Reslubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
5.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə.
Polkovnik Ağayev yalnız hərbi keyfiyyətləri ilə deyil, şəxsi xarakteri, münasibətləri ilə də hər yerdə seçilib və sevilib. Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, insanpərvər, səxavətli, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldığı illərdə, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost-tanış, qohum-əqrəba arasında özünə böyük hörmət qazanıb.
YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN, TARİYEL!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
Azərbaycan Reslubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas
polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder