Təbrik: Mayor Zamin Əsədov



Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunların Baş  İdarəsində, hərbi hissələrində və DİN-in  Arif Heydərov adına  sıravi və kiçik heyəti hazırlayan məktəbdə müxtəlif vəzifələrdə  Vətənə və xalqa sədaqətlə xidmət etmiş,yüksək peşəkarlığı,işgüzarlığı, insanpərvərliyi, qayğıkeşliyi, vətənpərvərliyi və səmərəli fəaliyyəti ilə seçilən,44 günlük  Vətən müharibəsi iştirakçısı, Azərbaycan Respublikasının müharibə veteranı- ehtiyatda olan
mayor  Əsədov Zamin Həbib oğlunun   may ayının ayının 27-də
doğum günüdür.


Azərbaycan Respublikasının 44 günlük Vətən müharibəsi  iştirakçısı – ehtiyatda olan mayor  Əsədov Zamin  Həbib oğlu 1982-ci ilin may ayının 27-də  Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub.1999-cu ildə Bakı şəhəri  Ələkbər Eyvazov adına 275 nömrəli orta məktəbi,2001-ci ildə Bakı Yanğın -Texniki məktəbi, 2008-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitrib.

1999-2025-ci illərdə Daxili İşlər Nazirliyinin müvafiq strukturlarında (Hacıqabul, Xəzər, Sabunçu,Nərimanov, Quba,Bərdə və Ağcabədi rayonlarında yerləşən hərbi hissələrində və polis məktəbində) müxtəlif vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət edib.

Zamin Əsədov qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyin Daxili Qoşunlarına və DİN-in Arif Heydərov adına sıravi və kiçik rəis heyəti hazırlayan məktəbə həvalə olunmuş vəzifə və tapşırıqların yerinə  yetirilməsində üzərinə düşən  vəzifə borcunu layiqincə yerinə yetirmişdir.O,44 günlük Vətən müharibəsi iştirakçısıdır.


Əsədov Zamin  Həbib  oğlu öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə  əlacı döş və yubiley nişanları ilə təltif olunub, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarlarla təltif edilib:



  1. “Vətən müharibəsi iştirakçısı” medalı  ilə;


  1. “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə  20 təqvim  ili xidmətə görə;


  1.  “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli  medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;


  1. “ Qüsursuz  xidmətə görə” 3-cü dərəcəli medall ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.



  1. “Azərbaycan Respublikasının  Silahlı Qüvvələrinin 95- illiyi (1918-2013)” yubiley medalı ilə.

    Əsədov Zamin Həbib oğlunun may  ayının 27-də anadan olması  günü münasibətilə onu Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri , Daxili Qoşunların ehtiyatda və istefada olan   zabitləri, onun doğmaları,   əzizləri, yaxınları, hərbçi dostları və iş  yoldaşları
    ürəkdən təbrik edir,
    ona uzun ömür, möhkəm çansağlığı,
    ailə səadəti
    arzulayır!


DOĞUM  GÜNÜN MÜBARƏK OLSUN  ZAMİN!

100 YAŞA SAĞLAM YAŞA.

Azərbaycan Respublikasının Silahlı qüvvələri  veteranı və müharubə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev 

Hiç yorum yok:

Yorum Gönder

Pages