1993-2000-ci illərdə Azərbaycan ordusunda,2004-2019-cu illərdə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, peşəkarlığı,işgüzarlığı, insanpərvərliyi, qayğıkeşliyi, vətənpərvərliyi və səmərəli fəaliyyəti ilə seçilən, ehtiyatda olan mayor Rəcəbov Zahid Böyükkişi oğlunun may ayının 29-da
doğum günüdür.
Rəcəbov Zahid Böyükkişi oğlu 1971-cu ilin may ayının 29-da Göycə mahalının Basarkeçər rayonun Şişkaya kəndində zəhmətkeş bir ailədə anadan olub.
1988-cı ildə Göycə mahalının Basarkeçər rayonun Şişqaya kənd orta məktəbini,1993-cü ildə isə Azərbaycan Texniki Universitetini bitrib.
Zahid Rəcəbov qanunvericiliklə müəyyən olunmuş qaydada,Azərbaycan ordusuna və Daxili İşlər Nazirliyin Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində üzərinə düşən vəzifə borcunu layiqincə yerinə yetirmişdir.
Rəcəbov Zahid Böyükkişi oğlu öz xidməti vəzifələrini yetirərkən fərqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunların komandanıın və onun müavinlərinin, korpus və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə əlacı və yubiley döş nişanları ilə təltif olunub, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarlarla təltif edilib:
1.“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2. “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.“ Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medall ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95- illiyi (1918-2013)” yubiley medalı ilə.
Rəcəbov Zahid Böyükkişi oğlunun may ayının 29-də anadan olması günü münasibətilə onu Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri , Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, onun doğmaları, əzizləri, yaxınları, hərbçi dostları və iş yoldaşları
ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm çansağlığı,
ailə səadəti
arzulayır!
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ZAHİD!
100 YAŞA SAĞLAM YAŞA.
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharubə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder