Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş,peşəkarlığı, humanistliyi, sadəliyi, dəqiqliyi ,səmimiyyəti və səmərəli fəaliyyəti ilə seçilən, Allahın verdiyi şərəfli və mənalı ömürün ən məhsuldar dövrünü Daxili Qoşunlarda keçirmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələr veteranımız, ehtiyatda olan mayor Novruzov Rəhman Zeynal oğlunun may ayının 10-da dünyaya göz açdığı gündür.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatda olan mayor Novruzov Rəhman Zeynal oğlunu doğum günü münasibətilə Daxili İşlər Nazirinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların hərbi vəzifəliləri, doğmaları, əzizləri və iş yoldaşlarl səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin neymət olan möhkəm cansağlığı, həyat yollarında bitib tükənməyən nailiyyətlər arzu edib deyirlər, Rəhman qoy yaşınızın üstə gələn bu yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizii xoşbəxt edəcək şəkildə keçsin.
Mayor Novruzov Rəhman Zeynal oğlu 1976-cı ilin may ayının 10-da Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub.
1993-cü ildə Bakı şəhər Nərmanov rayonunun 47 nömrəli tam orta məktəbi, 2002-ci ildə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat kollecini bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki-təlim toplanışlarda, müvafiq kurslarda, hərbi və xüsusi-taktiki təlimlərdə, nümunəvi-göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.
1994-2021-ci ilərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Binəqədi, Xaçmaz (Yalama qəsəbəsində), Nərimanov, Xəzər, Sabunçu rayonlarında və Gəncə şəhərində yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə əsgər, nizami hissə rəisi, ərzaq və əşya xidməti rəisi, Daxili Qoşunların Bas İdarəsinin Maddi-texniki təminat idarəsində isə məsul icracı və ərzaq şöbəsinin zabiti vəzifələrində Müllətə, vətənə dövlətə və xalqa sədaqətlə xidmət edib.
R.Novruzov Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) kütləvi iğəişaşların qarşısının alınmasında, şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin ke irilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar, bədbəxt hadissələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin olunmasnda üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin,şöbə rəisinin, müvafiq əmrləri ilə fəxri fərmanla, qiymətli hədiyyələrlə, əlacı və yubiley döş nişanları ilə mükafatlandırlıb və ona təşəkkür elan edilib
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin-amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:
1.“Hərbi xidmətmətdə fəriqlənməyə görə” 3-cü dərəcəli medalı ilə;
2.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrin Veteranı” medalı ilə;
3.“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
4.“Qüsursuz xidmətə görə” 2- ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
5. “Qüsursuz xidmətə görə” 3- cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
6. “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991- 2001)” yubiley medalı ilə;
7. “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 - illiyi ( 1918 - 2008)” medalı ilə;
8.“ Azərbaycan Respublikasının Silahlı Qüvvələrin 95 – illiyi ( 1998 -2013 )” yubiley medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RƏHMAN !
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder