Təbrik: Mayor Ramiz Şahmarov- 64



Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, peşəkarlığı, humanistliyi, səmimiyyətiylə seçilən, ömürünün ən məhsuldar dövrünü Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi hissələrində müxtəlif vəzifələrdə keçirmiş hörmətli müharibə veteranımız- istefada olan mayor Şahmarov Ramiz Şirin oğlunun may ayının 20-də 64- yaşı tamam olur.


Daimi həyatın imtahanlarından alnıaçıq və üzüag çıxan, Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan mayor Ramiz Şahmarovu doğum günü munasibətilə  Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların  ehtiyatda və istefada  zabitləri,  doğmaları, iş və döyüşcü yoldaşları  

 səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib-tükənməyən nailiyyətlər arzu edib deyirlər, Ramiz qoy

hər yeni yaşınız sizə  sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.


Mayor Ramiz Şirin oğlu Şahmarov 1961 - ci ilin may ayının   20- də Azərbaycan Respublikasının Lerik rayonu Züvüç kəndində zəhmətkeş  bir ailədə  anadan olub.

1978–ci ildə Lerik rayon Züvüç kənd orta məktəbi, 1989-ci ildə Bakı Dövlət Universitetinin kimya fakultəsini, 2001-ci ildə Daxili Qoşunların zabitlərin ixtisasartırma kursunu və  Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 

1980-1982-ci ildə Sovet Ordusunun Xabarovsk diyarında yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub. 1983-1992-ci illərdə Bakı şəhərində Gəmi Təmiri zavodunda fəhlə işləmişdir.

1992-2013-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin konvoy- mühafizə alayında, Daxili Qoşunların Nərimanov, Binəqədi, Xəzər, Xətai və  Quba rayonlarında yerləşən hərbi hissələrində qarovul rəisi, taqım və bölük komandırı, kimya xidmət rəisi, qərərgah rəisinin xidmət üzrə koməkçisi, qərargah rəisinin şəxsi heyətin uçotu üzrə bas köməkçisi vəzifələrində Millətə, dövlətə vətənə və xalqa sədaqətlə xidmət edib. Hal–hazırda  Bakı şəhər Baş  Təhsil İdarəsinin  Suraxanı tam orta məktəblərin birində  pedaqoji fəaliyyətlə məşğuldur.

Ramiz Şahmarov Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam və Ağdərə) rayonlarında gedən döyüşlərdə iştirak edərək, üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Azərbaycan Respublikasının müharibə veteranıdır.

Ramiz Şahmarov DİN-in   Daxili Qoşunlarda    xidmət etdiyi müddətdə tabeliyində olanlara Azərbaycan Respublikasının Konstutisiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və  daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərəncamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində  şəxsi nümünə olmuşdur.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, islah- əmək müəsisələrin, inzibatı binaların ,hərbi şəhərciklərin, Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların mərkəzi  təchizat anbarların qorunmasında , yaşayış məntəqələrində  və cəza çəkmə müəssisələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, şəhərdə ,yaşayış məntəqələrində və kütləvi tədbirlərin  keçirilmə yerlərində   ictimai  asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin  edilməsində, qəzalar, yanğınlar ,bədbəxt hadisələr, təbii fəlakətlər və başqa   fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilmsində, dövlətin ərazi bütövlüyünün təmin  olunmasında üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə, hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin və  hərbi hissə komandirinin müvafiq əmrləri ilə  əlacı və yubiley  döş nişanları ilə, dəfələrlə fəxri fərmanlarla,  diplomlarla, qiymətli hədiyyələrlə,  mukafatlandırılıb, ona təşəkkür edilib və aşağıdakı medallarlarla təltif olunub:


1.“Azərbaycan  Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yübiley medalı ilə;

2.“Azərbaycan Respubilkası  Silahlı Qüvvələrinin 90 illiyi (1918- 2008)” yubiley medalı ilə;

3.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin   95 illiyi (1918- 2013) yubiley medalı ilə;

4.“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə -Silahlı Quvvələrdə 10 təqvim ili xidmə görə;

5.“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı  ilə-Silahlı Quvvələrdə 15 təqvim ili xidməə görə;

6.“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə-Silahlı Quvvələrdə 20 təqvim  ili xidmətə görə.

Hərbi yoldaşları  Ramizi vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər orta məktəb və ali təhsilmuəssələrində, istər xidmət və çalışdığı mühitdə, istərsə də dost–tanış, qohum-əqrəba arasında özünə böyük hörmət qazanıb.


Azərbaycan   Respubilkasının Silahlı  qüvvələri veteranı və  müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik   Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages