İnsanlığın meydana gəldiyi andan bütün mərd-məğrur yaradıcı insandır,sərkərdələr,alimlər,Peyğəmbələr, Ulu Tanrının ən sevimli, özünə yaxın bildikləri bəndələri olubdur... Çünki bəşəriyyət: Xalıqlar və Millətlər ducar olduqları çətinliklərdən bu kimi insanları, şəxsiyyətlərin vastəsilə xilas olublar.Belə ömrünü-gününü müstəqilimizin əbədiliyi,xalqımızın xoşbəxtliyi yolunda insalıq naminə şam kimi əridən, qeyrətli aqil vətən oğurlamazdan biridə Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının və Daxili İşlər Orqanlarının həyatında öz dəst-xətti və xüsusi xidmətləri olan, yüksək peşəkarlığı, humanistliyi, təvazökarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti,fədakarlığı,təşkilatclıq bacarığı,səmimiyyəti, sadəliyi, iradi və mənəvi keyfiyyətləri ilə seçilən, şərəfli ömrür yolunu DİN-in Daxili Qoşunlarında və Nəsmi rayon polis idarəsində xidmətdə keçirək, kamillik zirvəsinə yüksəlmiş dəyərli veteranımız (həmkarımız)- istefada olan polkovnik Zahid Teymurovun may ayının 15 - də dünyaya gəldiyi qürur verici bir gündür. Daha doğrusu 70 İllik yubiley günüdür.
Belə bir 70 İllik yubiley günü münasibətilə daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan- istefada olan polkovnik Zahid Teymurovu Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, DİN -in Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri,doğmaları, əzizləri, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu edib deyirlər, Zahid müəllim qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin.
Hər ömür bir kitabdır deyirlər, 70 İllik yubiley yaşı tamam olan polkovnik Zahid Teymurovun keçən günlərini vərəqlədikcə bu fikiri təsdiq edirsən. Bu alovlu vətənpərvər,torpağına, xalqına bağlı insanın həyatı olduqca mənalı kecib.
Əhatəsində olan insanıarın,döyüşcü və iş yoldaşlarının hörmətini qazanan, ictimai işlərdə fədakarlıq göstərən, dostlarına,yaxınlarına daimi isti münasibətdə olan polkovnik Teymurov Zahid Baba oğlu 1955 - ci ilin may ayının 15 - də Azərbaycan Respublikasının Füzuli rayonunda ziyalı ailəsində anadan olub.
Böyük həyat məktəbi keçən,ömür boyu qazandığı yüksək intllektual bilik və bacarığını,məhsuldar əməyini, təcrübəsini dövlətmizin və xalqmızın xeyirinə həsr etmiş- polkovnik Zahid Teymurov 1976 - cı ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının LKGİ - nın 60 illiyi adına Leniqrad Ali Hərbi Siyasi Məktəbini, 1985- ci ildə Moskvada Hərbi Akademiyanı, 1993 - cü ildə isə Bakı Dövlət Universitetinin hüqüq fakultəsini bitirib.
Heç kəsi özündən incitməyən,xoş rəftarı və şirin dilli ilə hər kəslə doğmalıq münasibəti yaradan Zahid Baba oğlu Teymurov 1986 - 1991 -ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların hərbi hissələrində bölük komandirinin tərbiyə işləri üzrə müavini, alayın tərbiyə bölməsində baş təlimatcı, tabor və alay komandirinin tərbiyəvi işləri üzrə müavini vəzifələrində olub.
Dövlətçiliyimizin möhkəmləndirilməsi ücün var qüvvəsi ilə yorulmadan çalısan Zahid Teymurov 1991- 2015 ci - illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Bakı şəhərində yerləşən Konvoy - mühafizə alayın komandiri, cəbhə bölgəsində yerləşən xüsusi təyinatlı birqadanın komandiri,Daxili Qoşunlar Komandanın birinci müavini - qərargah rəisi, DİN-in Bakı Baş Polis İdarəsinin Nəsimi rayon Polis idarəsinin rəis müavini vəzifələrində Vətənə,
dövlətə və xalqa sədaqətlə xidmət edib.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür. "Vətən" mükafatı ilə təltif olunub.
Vətnpərvərliyi,xeyirxahlığı,dəqiqliyi,təmkinliyi ilə seçilən, Azərbaycan Respublikasının müharibə veteranı- polkovnik Zahid Teymurov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Horadiz istiqamətində gedən döyüşlərdə Daxılı İşlər Nazirliyi Daxili Qoşunlarının və polis qruplaşmasının hücum əməliyyatını işləyib hazırlanmış və döyüş hərəkətlərini idarə etmişdir. Bu uğurlu hücum əməliyyatı nəticəsində Horadiz qəsəbəsi və 11 (on bir) yaşayış məntəqəsi işğaldan azad edilmişdir.44 günlük Vətən Müharibəsi zamanı polkovnik Zahid Teymurov daimi hərbi quluqclarmızın yanında olaraq, öz köməkliyini onlardan əsirgəməmişdir
Hərbi Vətənpərvərlik mövzusunda yazılmış bir çox nəşrlərin müəllifi Zahid Teymurov Dağlıq Qarabağda Horadiz əməliyyatını ümumilli Liderimiz Heydər Əliyevə məruzə edən hərbiçi kimi, xalqımızın tarixi yadaşında xüsusi yer tutmuş şəxslərdən biridir.
Zahid Teymuov bir sıra nüfuzlu toplantılarda Azərbaycanın rəsmi nümayəndə heyətinin tərkibində ölkəmizin veteranlarını, SSRİ Daxili İşlər Nazirliyinin hərbi və polis akademiyasını bitirmiş zabitlərini yüksək səviyyədə təmsil etmişdir.
Zahid Teymurov DİN-in Daxili Qoşunlarında və Bakı Şəhər Baş Polis İdarəsinin Nəsimi rayon Polis İdarəsində xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi (Polis) Andın, daxili qoşunların döyüş xidməti, daxili İşlər nazirliyinin post - patrul xidməti və intizam nizamnamələrinin, hərbi qulluqçuların və polisin etik davranış kodeksinin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər ücün nümunə olmuşdur. O,bir çox təlim-təlim metodiki toplanışlarda, ixtisas artırma kurslarənda, xüsusi - taktiki təlimlərdə, komanda-qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində bu sahədə bilik və bacarıqlarını maksimal təhkimləşdirib və beləcə Daxili Qoşunlarda və Daxili işlər orqanlarında özünü son dərəcə faydalı kadr olaraq təsdiq etmişdir.
Polkovnik Zahid Teymurov həmişə Ulu Öndərin idealarına, dövlət başçımızın yeritdiyi siyasətə, dövlətçiliyə sadiq,hər zaman sözü ilə əməli bir olan zəhmətkeş zabit olub.
Qanunvericiliklə müəyən olunmuş qaydada DİN- in Daxili Qoşunlarına və Daxili işlər orqanlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, dövlət əhmiyyətli obyektlərin, cəzaçəkmə müəssisələrin,təchizat anbarların və hərbi yüklərin mühafizə olunmasında, yaşayış məntəqələrində və cəzacəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,çinayətlərin və digər hüquqpozmaların qarşısının alınmasında və onların acılmasında, əməliyyat şəraitinin təhlil olunmasında, qəzalar,yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqaladə hallar, habelə fövqaladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında, eyni zamanda küratoru olduğu xidmət sahələrinin fəaliyyətinin çevik və məqsədyönlü idarə olunmasında, düzgün istiqamətləndirilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlib.
Təsadüfi deyil ki, xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə SSRİ və Azərbaycan Respublikası Daxili İşlər Nazirlərinin, Daxili Qoşunlar Komandanlarının, Bakı Şəhər Baş Polis İdarə rəisinin, ali hərbi məktəb və hərbi akademiya rəislərinin, diviziya və hərbi hissə komandirlərinin, Bakı şəhər Baş və Nəsimi rayon Polis İdarə rəislərinin əmrləri ilə müxtəlif zamanlarda dəfələrlə fəxri fərmanlarla, diplomlarla,qiymətli hədiyyələrlə, pul mükafatlarıilə, əlaçı, yubiley və döş nişanları ilə polkovnik Zahid Teymurov təltif olunub və ona təşəkkür elan edilib.
Öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən şüçaət və fədakarlıq göstərdiyinə,Azərbaycan Respublikasının müstəqiliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə polkovnik Zahid Teymurov SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə bir çox medallarla təltif edilib.
Hərbi və Polis yoldaşları Zahid Teymurovu vətənpərvər, qorxmaz, insanpərvər, səxavətli, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O,istər təhsil aldıgı illərdə, istər xidmət etdiyi və çalışdığı mühitdə, isərsə də dost-tanış, qohum -əqraba tanış arasında özünə böyük hörmət qazanıb.
YUBİLLEY GÜNÜN MÜBARƏK OLSUN HÖRMƏTLİ ZAHİD MÜƏLLİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder