Şəmkir korpusunun sabiq komandiri, Lənkəranda anadan olan general-mayor Mübariz Rzayevin bu gün doğum günüdür.




Mübariz Balağa oğlu Rzayev 20 may 1968-ci ildə Lənkəran şəhərində anadan olub. Atası mərhum polkovnik Balağa Rzayev uzun illər Azərbaycan ordusunda xidmət edib. 
Mübariz Rzayev həm birinci Qarabağ müharibəsində, həm də Vətən müharibəsində qəhrəmancasına iştirak edib. Göstərdiyi şücaətə görə "Azərbaycan Bayrağı" və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenlərinə," Hərbi xidmətlərə görə", "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medallarına layiq görülüb.
Uzun müddət Azərbaycan ordusunda müxtəlif vəzifələrdə xidmət edən M.Rzayev 2021-ci ilin mart ayında Şəmkir korpusunun komandiri vəzifəsinə təyin olunub. Həmin ilin dekabr ayında isə öz istəyi ilə vəzifəsindən ayrılıb və ehtiyata buraxılıb.

General Mübariz Rzayevi doğum günü münasibəti ilə təbrik edirik. Fəxrimizdir.

Hiç yorum yok:

Yorum Gönder

Pages