Şair Mayıl Məmmədlinin doğum günüdür!




Tərtər rayonu İrəvanlı kəndinin yetirməsi, şair-rejissor Mayıl Məmmədlinin doğum günüdür. Mən, Mayıl müəllimi 1992-ci ildən tanıyıram. O zaman o, ailəsi ilə birgə Qubadlı rayonunda yaşayır və işləyirdi. Ruh adamıdır Mayıl müəllim. Təəssüflər olsun ki,onun ömür-gün yoldaşı bu yaxınlarda dünyasını dəyişdi. Mayıl müəllimin dərdinin üstünə dərd gəldi.
Əziz insan, doğum gününlə əlaqədar səni ürəkdən təbrik edirəm.
Allah özü qorusun səni və səni sevənləri.
Sonda Mayıl müəllimin yazdığı bir şeiri Sizinlə paylaşıram.

Şamil Sabiroğlu, jurnalist.
02.05.2025.

Xəstəhal çağımda bu şeiri yazmağa fürsət verən adını bilmədiyim gözələ...

BAXIŞIN KİMİ.

Aldı bir andaca ixtiyarımı,
Baxış görməmişdim baxışın kimi.
Budadı ömrümü, arzularımı,
Çaxış görməmişdim çaxışın kimi.

Axdıqca qınadın  göz yaşlarını,
Günahkarmı bildin baxışlarını?
Ələdin yoluma yağışlarını, 
Yağış görməmişdim yağışın kimi.

Məhəbbət duyurdun bircə sözünlə,
Könlümü oxşadın incə səsinlə.
Bəzədin ömrümü təbəssümünlə,
Naxış görməmişdim naxışın kimi.

Qarğayıb özüntək " qəddar zalıma "
Ürəkdən acıdın bu əhvalıma.
Dua əta etdin yazıq halıma,
Alqış görməmişdim alqışın kimi.

Mayıl Asiman Məmmədli.
12 aprel 2025.

Hiç yorum yok:

Yorum Gönder

Pages