Sabirabadda baş vermiş qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Bakmiltv.info-ya verilən məlumata görə mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qadın cinsli şəxsin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.
- Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi qəfil öldü
- Azərbaycanda 126 nəfər zəhərləndi, 4 nəfər öldü
- Göygöldə 43 yaşlı kişi fermada FACİƏLİ şəkildə öldü
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
***
15:55
Sabirabadda gənc oğlan sevgilisini öldürüb.
Bakmiltv.info xəbər verir ki, hadisə rayonun Güdəcühür kəndində baş verib.
Kənd sakini 21 yaşlı Seyidrəsul Talıbzadə qeyri-rəsmi nikahda olduğu, Şirvan şəhər sakini 16 yaşlı N.Ə.ni öldürərək Kür çayına atıb.
Hadisəni törədən Seyidrəsul Talıbzadə saxlanılıb. Axtarışlar nəticəsində qadının meyiti tapılaraq, sudan çıxarılıb.
Faktla bağlı araşdırma gedir.
Hiç yorum yok:
Yorum Gönder