10 may Qurbanov Əhmədağa Əkbər oğlu (Əhmədağa Muğanlı) - nasir, ssenarist, kino redaktoru, 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Kinematoqrafçılar Birliyinin üzvü (1962), Azərbaycan SSR dövlət mükafatı laureatı (1983), Əməkdar Mədəniyyət İşçisi (1991) ad günüdür. Allah rəhmət eləsin🥀
Əhmədağa Muğanlı 1926-cı il mayın 10-da Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. İbtidai təhsili doğma kənddə, orta təhsili isə [[[Xırmandalı]] kənd orta məktəbində almışdır. Lakin X sinifdə ikən ordu sıralarında əsgəri xidmət borcunu yerinə yetirmiş (1944-1946) tərxis olunandan sonra orta məktəbi gümüş medalla bitirmişdir. ADU-nun fılologiya fakültəsində təhsilini davam etdirmişdir (1947-1952). Ədəbi fəaliyyətə "İnqilab və mədəniyyət" (1951, N 10) jurnalında dərc olunan "Biz qol çəkirik ki..." hekayəsi ilə başlamışdır. Ondan sonra dövri mətbuatda vaxtaşırı çıxış edir. 20-yə yaxın sənədli fılm ("Azərbaycan..., Azərbaycan...", "Alagöz yaylağında", "Muğanın dastanı", "Çobanbayatı", "Mən sərhədçiyəm" və s.), "Dağlarda döyüş" (1968), "Od içində vahə" (1982), "Qocalar..., qocalar" (1982), "Atları yəhərləyin" (S.Rüstəmlə birlikdə, 1983), "Doğma sahillər" (1988) bədii fılmlərin ssenari müəllifıdir.
Əmək fəaliyyətinə Biləsuvar rayonunun Bəyunlu kənd yeddillik məktəbində müəllimlikdən başlamışdır (1944). Orada Karl Marks adına kənd orta məktəbində baş dəstə rəhbəri (1946-1947), Azərbaycan KP Bakı Vilayət Komitəsinin orqanı "Bakı kommunisti" qəzeti redaksiyasında ədəbi işçi olmuşdur. Sonra Cafar Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. Burada ssenari şöbəsinin redaktoru, sənədli-xronikal və elmi-kütləvi fılmlər birliyinin baş redaktoru işləmişdir (1953-cü ildən). Kinostudiyada ssenari-redaksiya kollegiyasının üzvü olmuşdur. Kinostudiyadan dəfələrlə Bakı şəhəri Oktyabr rayon xalq deputatlar Sovetinin deputatı seçilmişdir (1969-1971). Doqquz SSRİ medalı və SSRİ Dövlət Kinematoqrafıya Komitəsinin Fəxri fərmanı, Zaqafqaziya Sərhəd Qoşunları Dairəsinin Fəxri fərmanı, "SSRİ-nin əlaçı kinematoqrafçısı", "Sərhəd qoşunları əlaçısı" döş nişanları ilə təltif olunmuşdur.
2001-ci il avqustun 4-də Bakıda vəfat etmişdir.
Əsərləri
1.Vicdan. Bakı: Azərnəşr, 1959, 146 səh.
2.Tikanlı məftillər. Bakı: Azərnəşr, 1962, 116 səh.
3.Şəhriyar əfsanəsi. Bakı: Gənclik, 1973, 153 səh.
4.Çobanbayatı. Bakı: Azərnəşr, 1977, 122 səh.
5.Şikəstə. Bakı: Gənclik, 1979, 207 səh.
6.Ömürdən yeddi yarpaq. Bakı: Yazıçı, 1984, 345 səh.
7.Gecikmiş etiraf. Bakı: Yazıçı, 1991, 326 səh.
8.Dağ dağa söykənər... Bakı: Gənclik, 1996, 224 səh.
Filmoqrafiya
60 il keşikdə (film, 1981) (qısametrajlı sənədli film)
Alagöz yaylağında (film, 1955)
Arxadan vurulan zərbə (film, 1977)
Aşıq Ələsgər (film, 1972)
Azərbaycan, Azərbaycan (film, 1970)
Babək (film, 1979)
Bayquş gələndə (film, 1978)
Beşilliyin addımları (film, 1986)
Bizim kolxoz (film, 1959)
Bizim sərhədçilər (film, 1971)
Cazibə qüvvəsi (film, 1985)
Çobanbayatı (film, 1972)
Çobanlar (film, 1961)
Dağlarda döyüş (film, 1967)
Dədə Qorqud (film, 1975)
Doğma sahillər (film, 1989)
Əqrəb (film, 1972)
Əlaqə (film, 1989)
"Fransız" (film, 1995)
Gecə qatarında qətl (film, 1990)
Xoşbəxtlik qayğıları (film, 1976)
İki Xəzər (film, 1975)
İstintaq (film, 1979)
Köhnə bərə (film, 1984)
Kölgələr sürünür (film, 1958)
Qanlı zəmi (film, 1985)
Qəm pəncərəsi (film, 1986)
Qızıl uçurum (film, 1980)
Qoca palıdın nağılı (film, 1984)
Qocalar, qocalar... (film, 1982)
Qorxma, Mən Səninləyəm (1981)
Qurultaydan qurultaya (film, 1970)
M. F. Axundov (film, 1962)
Mən sərhədçiyəm (film, 1976)
Məndə sığar iki cahan... (film, 1973)
Mənim ağ tarlam (film, 1977)
Mənim universitetim (film, 1969)
Monoloq (film, 1987)
Muğanın dastanı (film, 1968)
Müstəqilliyin keşiyində (film, 1996)
Nizami (film, 1959)
Od içində (film, 1978)
Odla təmasda (film, 1972)
Ötür-ötür (film, 1980)
Sabir (film, 1962)
Şənlik bizə yaraşır (film, 1974)
Şeytan göz qabağında (film, 1987)
Vətən sərhəddən başlanır (film, 1988)
Vətənin keşiyində (film, 1988)
Bahar əyləncələri (film, 1989)
Hiç yorum yok:
Yorum Gönder