Ömürdən bir xatirə!




Yazıçı Seyran Səxavəti oxuculara tanıtmağa ehtiyac yoxdur. Real həyatda olduğu kimi görünən, yaltaqlıq, rüşvətxorluq, dostbazlıqdan uzaq olan bu insanın bir cümləsi illərdir ki, yaddaşıma həkk olunub:"Neynirəm o qızıl teşti ki, içinə qan qusam!" XX əsrin 80-ci illərində deyilən bu cümlə o zaman bomba kimi partlamışdı...
Filologiya elmləri doktoru, Professor, Əməkdar jurnalist Qulu Məhərrəmli də bu cür qəlbə malik  gözü tox insandır.30 il olar Qulu müəllimlə əməkdaşlıq edirik. Nə zaman tədbirə dəvət etmişəmsə, özü də, ömür-gün yoldaşı, jurnalist Zemfira  Məhərrəmli də etiraz etməyiblər. 
Hazırda "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədr müavini (ictimai əsaslarla) vəzifəsində çalışan Elnur Abasov və Azərbaycan Milli Azadlıq hərəkatında müəyyən iz qoymuş Qorxmaz Ibrahimli də mənim nəzərimdə halal və vicdanlı insanlardır. Qismət gətirdi, biz,  mayın 27-də yazıçı-publisist Bahəddin Həzinin "Göyün cazibə qüvvəsi" adlı kitabının təqdimat mərasimində birgə iştirak etdik. Mərasimdən sonra isə bu anı tarixə saldıq.
Şəkildə:soldan sağa, yazıçı Seyran Səxavət, jurnalist Şamil Sabiroğlu, jurnalist Qulu Məhərrəmli, ictimai xadim Elnur Abasov və ictimai xadim Qorxmaz İbrahimli ilə birlikdə.
Bir daha dəvətə görə Bahəddin bəyə təşəkkür edirik.

Dostlar adından:
Şamil Sabiroğlu, jurnalist.

Hiç yorum yok:

Yorum Gönder

Pages