Əməkdar jurnalist Bahəddin Həzi oxuculara hesabat verdi



“Bizim yol” qəzetinin və eyni adlı saytın baş redaktoru, Əməkdar jurnalist Bahəddin Həzini 35 ildən çoxdu tanıyıram. O, həm də 1988-ci ilin noyabr ayının 17-də başlanan və həmin ilin dekabr ayının 5-ə kimi davam edən Azərbaycan milli azadlıq hərəkatının fəallarındandır. 

“Qanun” nəşriyyatında Bahəddin bəyin sayca 2-ci olan kitabı çapdan çıxıb. “Göyün cazibə qüvvəsi” adlanan kitab, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Xatırladıram ki, 2025-ci il aprelin 28-də 60 illik yubileyini qeyd edən Bahəddin müəllim Füzuli rayonunun yetirməsidir. 

Mayın 27-də Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının “Şuşa” zalında “Göyün cazibə qüvvəsi” kitabının təqdimat mərasimi keçirildi. Mərasimi Bakı Dövlət Universitetinin Professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli açıq elan etdi. O, Bahəddin Həzinin ömür yolu barədə qısa məlumat verdi. Azərbaycan Respublikası Milli Məclisinin deputatları-Vüqar İsgəndərov, Qüdrət Hüseynquliyev, yazıçı Seyran Səxavət, Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Elçin Hüseynbəyli, Əməkdar jurnalist Əntiqə Qonaq, tanınmış hüquq müdafiəçisi Aslan İsmayılov, təhsil eksperti Etibar Əliyev və başqaları Bahəddin müəllimin həyat və yaradıcılığından bəhs etdilər.

Daha sonra söz Bahəddin Həziyə verildi. O, öz çıxışında Azərbaycanın dövlət müstəqilliyinin və ərazi bütövlüyünün bərpası məsələlərinə toxundu. Qeyd etdi ki, II Vətən savaşında, daha sonra isə, lokal antiterror hadisələri zamanı düşmən üzərində qazanılan qələbə heç birimizi arxayın salmamalıdır. Çünki, düşmən və onun tərəfdarları yatmayıb. Əminəm ki, onlar yeni işğal planları barədə düşünürlər.

Sonda Bahəddin Həzinin adından bütün oxuculara “Göyün cazibə qüvvəsi” kitabı imzalı formada təqdim olundu. 

Şamil Sabiroğlu, 

“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin qurucusu, jurnalist.

Bakı, 28.05.2025.

Hiç yorum yok:

Yorum Gönder

Pages