Bakmiltv.info – Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qərarı ilə 1992-ci ildən etibarən hər il 5 may bütün dünyada “Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd əlillərin və sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının qorunmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, bu kateqoriyadan olan insanların cəmiyyətə inteqrasiyasını gücləndirməkdir.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasından bayraqdar.info-ya daxil olan məlumatda bildirilir ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra, bütün sahələrdə olduğu kimi, əlillərin hüquqlarının müdafiəsi, onların sağlamlığının qorunması istiqamətində də ardıcıl tədbirlər görülüb. Bu sahədə zəngin qanunvericilik bazası yaradılıb. 1998-ci il iyunun 18-də “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi ölkədə insan hüquqlarının qorunmasına göstərilən yüksək diqqətin ifadəsi olmaqla yanaşı, əlillərin hüquqlarının müdafiəsində də mühüm əhəmiyyətə malikdir.
“Sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsi və sosial məsələlərinin həllində yeni hüquqi imkanlar yaradan qanunvericilik aktlarının qəbul edilməsi ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“2006-cı il dekabrın 28-də “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı”, 2011-ci il dekabrın 27-də “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq olunub, əlilliyi olan şəxslər üçün sosial, iqtisadi və hüquqi təminatlar müəyyən edən yeni normativ aktlar qəbul edilib.
“Bu gün münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur”, – deyə məlumatda qeyd edilir. Virtual sərgi ilə bu linkdən tanış olmaq mümkündür.
Hiç yorum yok:
Yorum Gönder