Cümhuriyyət qurucularının hamısını ehtiramla anırıq.



34 yaşın ola, dörd tərəfin düşmən ola, paytaxt etmək istədiyin Bakı erməni quldurlarının nəzarətində ola, 50 mindən çox azərbaycanlının daşnaklar tərəfindən soyqırım edilib öldürüldüyü bir ərəfədə məktəbi, universiteti, bayrağı, himni, ordusu, gerbi, dövləti olmayan 3 milyon insan üçün Azərbaycan adlı dövlət yaradasan. Sonra bu dövləti bütün dünyaya rəsmən dövlət kimi tanıtdırasan. Sonra min bir əziyyətlə gördüyün bu işlərə görə həbs olunasan,vətənindən didərgin salınasan,19 yaşlı cavan oğlunu həbs edib güllələyələr, ardınca bacanağını güllələyələr, baldızını həbs edib sürgün edələr, səninlə birlikdə mübarizə aparmış dostlarını da güllələyələr, doğma qızın sürgün olunsun, orda soyuqdan donub ölsün, əmioğlanlarını, həyat yoldaşını, ananı, digər qohumlarını Qazaxstanın susuz çöllərinə sürgün edələr, onların da bir neçəsi sürgündə ölsün, o biri qızın da sürgündən sonra itgin düşsün, bacın bunlara dözməyib ölsün, özün də ruhdan düşmədən xaricdə ölən günə kimi Azərbaycanın müstəqilliyi üçün ağır şəraitdə mübarizə aparasan, almanlara əsir düşmüş azərbaycanlıları xilas edəsən... və öz ölkən üçün daha nələr nələr nələr edəsən....sonra vətənin işğal olunduğuna görə heç vaxt ora qayıda bilməyəsən, qürbətdə öləsən, öləndə də Azərbaycan deyəsən...

28 may Azərbaycanlıların növbəti dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı gündür.

Cümhuriyyət qurucularının hamısını ehtiramla anır, Allahdan rəhmət diləriyik.

Şəkil: AXC-nin qurucusu Məhəmməd Əmin Rəsulzadə və onun yeganə sağ qalmış nəvəsi Rais Rəsulzadə.

Bakmiltv.info: İlham Rəsulzadə

Hiç yorum yok:

Yorum Gönder

Pages