Təhsil sisteminin ən vacib sütunlarından biri müəllimlərdir. Onların pedaqoji təcrübəsi, dünyagörüşü və formalaşdırdığı nəsillərlə cəmiyyətə təsiri danılmazdır. Uzun illər eyni məktəbdə, eyni şagird tipi ilə işləyən müəllimlərin qazandığı praktik bilik və psixoloji dayanıqlıq onları təhsilin “sabit sütunu”na çevirir. Elə bu səbəbdən bir çox hallarda müəllimlərin 65 yaşı tamam olduqdan sonra da fəaliyyətlərini davam etdirmələrinə ehtiyac duyulur.
Bakmiltv.info xəbər verir ki, vəkil Turan Abdullazadə mövzu ilə bağlı Modern.az-a bildirib ki, Əmək Məcəlləsinin 10-1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir:
Lakin dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.
Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.
Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir
Müəllimlərin “əməkdar müəllim” və digər fəxri təltiflər onların müqaviləsinin uzadılmasına zəmin yarada bilər.
Hiç yorum yok:
Yorum Gönder