Bunlar başa düşmür ki, mən Sovet vətəndaşıyam. Sovet tərbiyəsi görmüşəm. Konça -konçov pioner ,komsomol olmuşam. Ədalətsizliyə boyun əymək mənim naturamda deyil.
Dostlar yaxşı bilir . Birinci dəfə 1986-da (8-ci sinifdə ) məktəb direktorundan şikayət yazmışdım Banoya. Sonra 88- də Meydan hadisələri də Meydan ətrafında olan əsgərlə əlbəyaxa oldum. Bir dubinka yedim, burnumuda qırdılar . Elə həmin il mənim yazı pozum nəticəsində 12 saylı peşə məktəbində yeməkxana tikdilər. 90-da Şamaxınlada balkonda barikada qurmuşduq.20 Yanvar hadisəsindən cəmi 3-4 gün sonra 14 nəfərin komsomol biletini aparıb Raykom komsomolun masasına qoydum. 92-də orduya yarasız olsamda Qarabaga döyüşməyə getdim. 1996-ci ildən Azəriqaz da çilingər işləyirəm. 29 ilin ancaq 3-4 ilini sakit işləmişəm. Qalan vaxtı isə Rəhbərliklə konflikdə olmuşam. İmpuls qəzetinin redaktoru Mətanət xanım şahiddir. Bir necə məqaləni onlar dərc edib. Əvvələr bu konfliktlər Əmək haqqlarının aylarla gecikdirilməsinə qarşı idi. Sonra fəhlələrin vəzifə borcuna aid olmayan işlərə cəlb olunması oldu. Fəhləni iş vaxtı aparıb ,onun bunun evinə, bagına, qaz-su cəkdirirdi, pulu qoyurdular ciblərinə . Hər dəfədə Rəhbərlik əldən -ayaqdan gedib, hər bir yolla məni işdən çıxartmaq , şərləmək istəsədə yaxşı dostların ( day-day demədim..a ) köməyi ilə mən qalib çıxırdım. ( KİV lət o vaxtı bizim idarədə propiska olmuşdu ) . ( Arada bir Səhiyyə nazirliyi ilə Peyvənd davasını qoyuram bir kənara ). 2014 də isə ilk dəfə olaraq məni ixtisara saldılar , bu dəfədə qalib gəlib, məhkəmə yolu öz iş yerimə qayıtdım və işləmədiyim dövrün pulunu Azəriqaz dan aldım. 2019-da yenə Azəriqaz struktur dəyişikliyi adı altında apardıgı kadr dəyişikliyinə etiraz etdim, hamını qatdım biri birinə . Azəriqaz cərimə olundu. Mənədə əmək haqqı düz hesablamadığı ücün 1260 manat alınıb verildi. Bu dəfədə məni növbəli işdən çıxardıb atdılar 8 saatlıq işə . Onuda deyim ki, övladım əlil olduhu üçün yoldaşımla ilk gündən növbəli iş seçmişik ki, birimiz işdə olanda birimiz evdə olaq. Nə başınızı agradım . 2019 da Azəriqazın özündə işləyə işləyə rəhbərliyi verdim məhkəməyə qalib gəldim. 2021-də yenidən növbəli işə kecdim. 2023-da bir daha əlilliyimi bahanə gətirib, mənimlə birgə bir necə adamı işdən çıxartdılar. Bahanə əlillik göstərsələr də, əsas qarnı agriları o idi ki , işlədiyimiz idarədə günü bu gün işçilər üçün normal yuyunmaq üçün şərait olmadığından , növbədə yer qazıyan, qaynaq edən işçi evə gedəndə yuyunub gedə bilmədiyi ucun şikayət eləmədiyimiz yer qalmamışdı. ( Problem hələ də qalıb ). Nə isə..bu dəfədə çıxartdılar ,yenə məhkəmə yenə qələbə. 2025 in mart ayında işə qayıtmışam. Konpensasiya ,cərimədə öz yerində ))) Amma...
yenə Azəriqaz qaşınır ))) Son 5 ay ərzində struktur dəyişikliyi adı ilə əvvəl işçiləri yığıb, hamının qanagına tələb qoydu ki, ərizə yaz öz " istəyinlə" dərəcənin aşağı salınmasını xahiş elə . Əks tədbirdə imtahana cəlb olunacaqsan. İmtahanda nə imtahan , fevral ayında bütün işçilər artıq bir dəfə bilik imtahanı verməsinə ( qanuna görə bu attestasiya adlanır ) baxmayaraq , apreldə yeni imtahanlara start verilib. Nə imtahan protokolu var, nə imtahan götürənin sertifikatı, nə imtahan barədə rəsmi, üstü möhürlü elan. Gedən gedənə bir necə sual verirlər. Protokola imza qoymadan, " sən get " deyib, yola salırlar . Utanmaz -utanmaz mənimdə adımı salıblar bu siyahıya. Məndə getmirəm. Bütün pozuntular barədə Dövlət Əmək Müfəttişliyi Xidməti nə yazıb vermişəm.
Odur ki, deyəsən yenə evdə oturub, bir illik əmək haqqını Azəriqaz dan almalı olacağam ))))
Hiç yorum yok:
Yorum Gönder