Azərbaycan şairi, tərcüməçi Cavad Məhəmmədəli oğlu Axundzadənin DOĞUM GÜNÜNÜDÜR



            Cavad Məhəmmədəli oğlu Axundzadə; 5 may 1892, Aşağı Seyfəli, Yelizavetpol qəzası – 12 oktyabr 1937, Bakı) — Azərbaycan şairi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1934), professor (1933),  Quba Xalq Maarif şöbəsinin müdiri, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930–1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935–1936) , Azərbaycanın dövlət himninin sözlərinin müəllifi.
            Şair poeziya ilə ilk dəfə Gəncədə təhsil illərində maraqlanmış, 1910-cu ildən başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif qəzet və jurnallarda çıxış etmişdir. 
            Ədəbiyyata bu səpkili şeirlərlə gələn Ə. Cavadın bir neçə ildən sonra şeir dili sadələşmişdir. 1913-cü ildə qələmə aldığı "Dilimiz" şeiri buna misaldır. Şair həmin şeirdə dilin saflığının qorunması ilə bağlı məsələlərə toxunmuş, ona özünün aydın münasibətini bildirmişdi. Dili yad ünsürlərlə, yabancı sözlərlə süni surətdə dolduranlara qarşı çıxmışdır.
          Baxaq dilimizə nələr görünür:
          Oxuyub-anlamaq yazmaqdan gücdür.
          Yazan düşünmədən yazsa da belə,
          Oxucu beş-on gün gərək düşünə,.
         Ki, anlasın rusu, ərəbmi, farsmı?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir
           Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Xankəndi şəhər və Xocalı rayon şöbəis və  Bakmiltv.info 




Hiç yorum yok:

Yorum Gönder

Pages