Azərbaycan mətbuatının 150 illiyi münasibətilə xarici, eləcə də Azərbaycan və Türkiyə jurnalistlərinin görüşü keçirilib.
Bakmiltv.info xəbər verir ki, tədbir Azərbaycan Mətbuat Şurası və Beynəlxalq Jurnalistlər Şurasının (Türkiyə) təşkilatçılığı ilə baş tutub.
Tədbiri giriş sözü ilə Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid açıb.
Əvvəlcə, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qlobal Jurnalist Təşkilatının (Küresel Gazeteciler Konseyi) sədri Mehmet Ali Dim həm Azərbaycan mətbuatının 150-ci, həm də Müstəqilliyimizin 107-ci ildönümü münasibətilə xalqımızı təbrik edib, Türkiyə və Azərbaycan qardaşlığından, iki ölkə arasında mətbuat əlaqələrinin inkişafından söz açaraq, bu tədbirin tanışlıq məqsədilə baş tutduğunu bildirib.
Daha sonra tədbir çıxışlarla davam etdirilib.
Hiç yorum yok:
Yorum Gönder