Arif Quliyev 1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olmuşdur. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilmişdir. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olmuşdur. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilmişdir. 1979-cu ildə o, İncəsənət İnstitutunu bitirmişdir.
Müxtəlif səpgili və müxtəlif xarakterli obrazlar yaratmışdır. Teatr səhnəsində ifa etdiyi Şərbətəli (S.Dağlı, C.Cahangirov, "Təzə gəlin"), Salyanski (F.Əmirov, M.Əlizadə, "Gözün aydın"), Əli (M.Şamxalov, Z.Bağırov, "Qaynana"), Dursun (S.Rüstəmov, S.Rüstəmov, "Durna"), Mürsəl (S.Ələsgərov, S.Qədirzadə, "Gurultulu məhəbbət"), İbişov (Ş.Qurbanov, S.Ələsgərov, "Özümüz bilərik"), Dursunov (S.Rəhman, E.Sabitoğlu, "Hicran"), Tofiq (Ş.Axundova, N.Gəncəli, "Ev bizim, sirr bizim"), Hambal (Ü.Hacıbəyov, "Məşədi İbad"), Mirzəqulu (Hidayət, "Durnalar qayıdanda"), Səbzəli (M.Haqverdiyev, "Məhəbbət, şeytan və ağ ölüm") kimi obrazlar komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir.
Yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun "Şans", "Bığ əhvalatı", "Qaynana", "Lift əhvalatı", "Yarım ştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanmışdır. "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmi" bədii filmlərdəki obrazları yaradıcılıq potensialının zənginliyini ifadə edir.
1988-ci ildən Özəl Satira Teatrının bədii rəhbəri olub
1982-ci ildə o, Respublika Gənclər mükafatına, 1988-ci ildə Əməkdar artist fəxri adına, 1993-cü ildə isə "Humay" mükafatına layiq görülmüşdür.
1993-cü ildə Musiqili Komediya Teatrından Milli Dram Teatrına dəvət olunmuşdur. 1994-cü ildə Xalq artisti fəxri adına layiq görülmüşdür. 2006-cı ildə teatrdakı qazandığı uğurlara görə "Qızıl Dərviş" mükafatı almışdır.
Filmoqrafiya
İşgüzar adamlar (film, 1977)
Evləri köndələn yar (film, 1982)
Eksperiment (film, 1984)
Layiqli namizəd (film, 1984)
100 (film, 1985)(qısametrajlı bədii film-Mozalan № 100)
Cazibə qüvvəsi (film, 1985)
Əbədi mühərrik (film, 1985)
Bəyin oğurlanması (film, 1986)
Qəm pəncərəsi (film, 1986)
Yay gününün xəzan yarpaqları (film, 1986)
Sehrli çıraq (film, 1987)
Yaramaz (film, 1988)
Güzgü (film, 1990)(II)
Bəxt üzüyü (film, 1991)
777 №-li iş (film, 1992)(tammetrajlı bədii film)
O dünyadan salam (film, 1991)
Mənim ağ şəhərim (film, 1994)
Yarımştat (film, 1996)
Bakı oğrusu (film, 1997)
Olacağa çarə yoxdur (film, 2003)
Şans (film, 2004)
Adam ol! 2 (film, 2006)(tammetrajlı bədii film)-rol: Sərxanın tanışı
Adam ol! 3 (film, 2007)(tammetrajlı bədii film)(Lider tv)
Qoy oturmuşuq (veriliş, 2007)
Halal pullar (film, 2008)
Evləri göydələn yar (film, 2010)
Bığ Əhvalatı (film-tamaşa)
Axırıncı dayanacaq (film, 2014)
Qız atası (serial, 2015) - Qasım (9-cu bölüm)
Dörd yoldaş və qardaş (film)[3]
Hiç yorum yok:
Yorum Gönder