Bu həftə isə azyaşlının yaxınları tərəfindən fahişəliyə və cinsi zorakılığa cəlb edilməsi haqqında məlumat yayılıb. Daha doğrusu, uşağı öz doğma anası buna məcbur edib.
Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 4 nəfər, o cümlədən ana həbs olunub.
Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Maraqlıdır, qanunvericiliklə ananı hansı cəza gözləyir? Valideynin öz övladını fahişəliyə cəlb etməsi onun cəzasının ağırlaşdırılmasına səbəb ola bilərmi?
Mövzuya münasibət bildiriən vəkil Ruslan Mustafayev Bizim.Media-ya deyib ki, qanunvericilikdə özünün və ya başqasının uşağını fahişəliyə cəlb etməyə görə ayrıca məsuliyyət nəzərdə tutulmayıb:
“Cinayət Məcəlləsində fahişəliyə cəlb edilməklə bağlı müvafiq maddə var. Müəyyən hallar var ki, fahişəliyə cəlbetmə əməlini ağırlaşdıran hallar kimi qiymətləndirilməlidir. Yəni azyaşlı şəxsə qarşı törədildikdə, şəxsin köməksiz vəziyyətinə bağlı törədildikdə, şantajla, təhdidlə, hədə-qorxu gəlməklə törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxslə törədildikdə, təbii olaraq, ağırlaşdırıcı hallar kimi qiymətləndirilir və daha ağır cəza verilməsi ilə nəticələnir”.
O, bildirib ki, bunlara baxmayaraq hakim bunun mənəvi tərəflərini nəzərə alaraq daha ağır cəza verə bilər:
“İşə baxan hakim bunun mənəvi tərəflərini də dəyərləndirərək cəza təyin edir. Çünki qanunvericiliyə uyğun olaraq, hakim Azərbaycan Respublikasının Qanunvericiliyini, həmçinin, daxili inamını rəhbər tutaraq hökm çıxarır. Yəni hakim öz övladına qarşı törədilən cinayət olduğu üçün valideynə daha ağır cəzanın verilməsi qərarına gələ bilər. Bu, əlbəttə ki, mümkündür”.
Hiç yorum yok:
Yorum Gönder