Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.
Bakmiltv.info xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunması ilə bağlı məsələ müzakirə edilib.
Məsələ səsverməyə qoyularaq qəbul edilib.
Qeyd edək ki, Xanlar Vəliyevin hərbi prokuror kimi səlahiyyət müddəti başa çatıb.
Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur.
Hiç yorum yok:
Yorum Gönder