Tarixi boyu həkimlik sənətinə ülvi bir peşə, həkimə isə müqəddəs bir şəxs kimi yanaşılmışdır. Sənədini mükəmməl bilən insanların sağlamlığının keşiyində ləyaqətlə duran, onların qayğısına qalan həkimlərin xətri el-oba əziz tutulmuşdur. Hətta el arasında müdrüik adamları loğmanla müqayisə edirlər.
Həkim adını daşımaq nə qədər məsuliyyətli olsada bir o qədər də şərəflidir. Xalqımın səhhətini qorumaq, hər kəsin öz sağlamlığını və həyatın etibar edəcəkləri qədər inamını qazanmaq hər insana nəsib olmur. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək, xarakteri ilə səhhətlərində yaranmış problemlərini unutduraraq onların etimadını qazanmaq həkimlərin peşə vəzifələrinin ən ümdə məqamlarından biridir.
Şərəfli ömür yolu kecmiş, insanların sağlamlığını ləyaqətlə qorumuş və qayğıkeş həkim kiçikdən-böyüyə onu tanıyanların hər birinin rəğbətini qazanmış, dürüst, vətənpərvər, gözəl insan və əlləri qızıl olan həkim, Azərbaycan Respublikasının müharibə veteranı- istefada
olan tibb xidməti mayoru Bəşirov Kamal Cümə oğlunun aprel ayının 11- də dünyaya göz açdığı gündür.
Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunların həyatında tibb xidməti sahəsində özünəməxsus xidmətləri olan, daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- istefada olan tibb xidməti mayoru Kamal Bəşirovu belə bir əlamətdar yubiley günü münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (tibb işciləri), onun doğmaları,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və uzun ömur arzu edib deyirlər, Kamal həkim qoy yaşının üstə gələn bu yaş da sənə sevincdolu illər bəxş etsin, hər yeni günün isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Yüksək peşəkarlığı,dərin zəkası,gözəl nitq qabiliyyəti, səmiyyəti sadəliyi və səmərəli fəaliyyəti ilə seçilən,onu tanıyanların xatirində ilk öncə PDM-2 texnikasını məharətlə idarə edən cəsur döyüşçü kimi qalıan, həmişə müasir müalicə üsullarına can atan fədakar həkim- tibb xidməti mayoru Bəşirov Kamal Cümə oğlu 1965 -ci ilin aprel ayının 11 -də Şuşa şəhərində zəhmətkeş bir ailədə anadan olub.
1982- ci ildə Şuşa şəhərində orta məktəbi bitirib
1983-1985-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Şimali Qafqaz Hərbi Dairəsində müddətli həqiqi hərbi xidmətdə (tankçı) vəzifəsində olub.
Kamal Bəşirov 1985-1992-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsində təhsil alıb.Əziz Əliyev adına Azərbaycan Dövlət həkimlərin təkmilləşmə institutunda müvafiq kurslarda olub. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində (hərbi hospitalında) keçirilən təlim - metodiki toplanışlarda, xüsusi -taktiki təlimlərdə,semnar və konfranslarda fəal iştirak edib.
1992-1997-ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Binəqədi, Ağdam, Ağdərə rayonlarında yerləşən hərbi hissələrində stomatoloq kabinetinin və tibb məntəqəsinin rəsi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib. Daxili İşlər Nazirliyi Daxil Qoşunlarından Silahlı Qüvvələrə etiyata buraxıldıqdan sonra öz ixtisası üzrə uzun müddət Moskva şəhərində işləyib.Kamal həkim hal- hazırda Bakı şəhəri Nəsimi rayonun Feyzulla Qasımzadə 72 ünvanda yerləşən “Luxe Smile” diş klinikasında işləyir.
Hərbi və həkim yoldaşları Kamal həkimi vətənpərvər,qayğıkeş,mehriban,sadə, tevözkar,intellektual səviyyəli, qorxmaz, səxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum- əqraba arasında özünə böyük hörmət qazanıb.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə,yaşayış məntəqələrində,kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, şəhərdə kütləvi iğtişaşların qarşısının alınmasında, qəzaların bədbəxt hadisələrin,yanğınların, təbii fəlakətlərin və başqa fövqalədə hallar, habelə fövqalədə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Azərbaycan Respublikasının Ağdərə, Ağdam rayonları (Naxçıvanik, Atanızın,Pircamal kəndləri) uğrunda qızğın döyüşlərdə öz vətəndaşlıq borcunu vicdanla, məsuliyyət və şərəf hissi ilə yerınə yetirib.Naxcvanik kəndi uğrunda gedən döyüşlərdə döyüşçülərə köməyə gedərkən Kamal həkim idarə etdiyi PDM-2 minaya düşərkən ağır yaralanmışdır.
Ağır yaralanan sağlamlıq keşikçisinə döyüşçü silahdaşları ilk tibbi yardım göstərmişlər. Xidmət yolu müharibənin məşəqqətindən keçən bu yolda qələbə əzmkarlığı ilə vuruşan,ölümə qarşı yorulmaz mübarizə aparan Kamal həkim indi bütün hərbi qulluqçular möhkəm iradəyə, düşmən qüvvələrinə qarşı sarsılmaz mübarizəyə qadir bir döyüşçü və peşəsinin mahir bilicisi olan həkim kimi tanıyırlar. O, döyüşlər zamanı Azərbaycanın milli qəhrəmanları jurnalist Çingiz Mustafayevin və İqor Makiyevin cəsədlərini idarə etdiyi texnika ilə təhlükəli zonadan uzaqlaşdırmışdır.
Bütün qanlı döyüş əməliyyatlarında aslan kimi savaşa atılmış və yüksək peşə hazırlıqlı həkim kimi yaralılara ilk tibbi yardım göstərilib.Eləcə də hospitallara daşınmasını şəxsən özü yerinə yetirmişdir.Beləliklə, ən təhlükəli yollardan məharətlə keçərək,onları vaxtında ünvana çatdırmışdır.Hər an ölümün gözünə dik baxaraq,əsl döyüşçü şücaət göstərmiş, silahdaşlarına şəxsi nümunə olmuşdur.
Öz tabeliyində olanlara və bir çox hərbi qulluqculara (həkimlərə), Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi şəxsi nümunə olmuşdur. Hippaokrat andı icən Məhəmməd həkim o, anda sona qədər sadiq olaraq, ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəeqləndiyinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə dəfələrlə fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.
YUBLEY GÜNÜN MÜBARƏK OLSUN KAMAL HƏKIM .
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
Azərbaycan Respibilkasının Silahlı Qüvvələr və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder