Ömrünün önəmli bir hissəsini hərbi xidmətə həsr etmiş, Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan mayor Aşurov Qurban Əbdurrəhman oğlunun aprel ayının 30- da anadan olması günüdür.
Belə bir ələmətdar gün münasibətilə, daimi həyatın bütün cətinliklərindən alınıaçıq və üzüağ çıxan mayor Qurban Aşurovu Daxili İşlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri,Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, döyüşcü və iş yoldaşları səmimi -qəlbdən təbrik edir,ona həyatda möhkəm cansağlığı arzu edib deyirlər, Quban qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.
Aşurov Qurban Əbdurrəhman oğlu 1969-cu ilin aprel ayının 30-da Azərbaycan Respublikasının Qax rayonunda zəhmətkeş bir ailədə anadan olub.
1983 - cü ildə Qax rayonunda orta məktəbin 7- ci sinifni, 1986-cı ildə Bakı şəhərində Cəmşid Naxçıvanski adına hərbi liseyi, 1990- cu ildə isə Ukrayna Sovet Sosialist Respublikasında Lvov Ali Hərbi Sıyası məktəbi bitirib. O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsinində və hərbı hissələrdə keçirilən bir cox təlim- metodiki toplanışlarda, müvafiq kurslarda, hərbi və xüsusi- taktiki təlimlərdə, kamando- qərargah məşqilərində, seminar və konfranslarda fəal iştirak edib.
1990- 1991 - ci illərdə Sovet Ordusunun Bakı şəhərində yerləşən hərbi azərnəşirin senzuranın rəisi, 1992- 1994 -cü ilərdə Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı dəstəsində qurup komandiri,1994- 1996 - cı illərdə Azərbaycan Ordusunun Binəqədi rayonunda yerləşən hərbi hissələrin birində əks kəşfiyyat xidməti üzrə baş zabit vəzifəsində olub.
2003- 2017 ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Xətai və Zakatala rayonlarında yerləşən hərbi hissələrində xüsusi təyinatlı böluk komandirinin müavini, böluk komandiri və tabor komandirinin müavini- tabor qərargahının rəisi vəzifələrində Vətənə dövlətə və xalqa sədaqətlə xidmət edib . Hal- hazırda Qarabağ əlillərinə qayğı ictimai birliyinin Xətai rayon şöbəsinin sədridir.
Mayor Aşurov Qurban Əbdurrəhman oğlu Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili doşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində tabeliyindəkilər ucun nümnə olmuşdur.
Qurban Aşurov Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində özünü qouxmaz, incanpərvər, saxavətli, əlıacıq zəhmətkeş zabit kimi göstərmişdir. O, istər məktəb illərində, istərsə də xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost-tanış, qohum- əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvəla olunmuş vəzifə və tapşrıqların dəqiq və sözsüz yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində, qəzalar, yanğınlar,bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqaladə vəziyyət və komendat saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ( Lacın, Zəngilan və Qubadlı rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə Azərbaycan Respublikasının müharibə veteranıdır.
Mayor Qurban Aşurov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ( Qubadlı, laçın və Zəngilan rayonları istiqamətində) gedən döyüşlərdə fəriqləndiyinə görə 1991 -ci ilin Oktyabr ayında Qubadlı rayonuda Az.TV kanalının Hünər verlişinə cəkilib.
Hərbi Xidmətəi vəzifələrin icrası zamanı yüksək mənəvi -döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxil Qoşunlar Komandanın və onun müavinlərinin, Livov ali hərbi siyası məktəb rəisinin, Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına hərbi lisey rəisinin , hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, müvafiq idman dərəcəsi və yubiley döş nişanları təltif olunub , bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələr ilə mükafatlandırlıb, ona təşəkkür elan edilib, Daxil Qoşunlarda qırmızı birət (pilotka ) baş geyiminin daşınması na layıq görlüb.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin- amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
“Qüsursuz xidmətə görə” 1 -ci dərəcəli medal -Silahlı qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.“Qüsursuz xidmətə görə” 2 -ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə ;
3.“Qusursuz xidmətə görə” 3- cü dərəcəli medal- Silahlı Qüvvələrdə -10 il təqvim ili xidmətə görə;
4.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 -illiyi ( 1991- 2001)” medala;
5.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918- 2008)” medala;
6. “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi ( 1918- 2013 )” medala.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, QURBAN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder