Daxili İşlər Nazirliyi (DIN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş,peşəkarlığı,sadəliyi, xeyirxahlığı, səmimiyyəti , işgüzarlığı, səmərəli fəaliyyəti və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 30 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətə həsir etmiş- ehtiyatda olan mayor İsmayılov Ceyhun Təbriz oğlunun aprel ayının 11-də dünyaya göz acdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranı-ehtiyatda olan mayor İsmayılov Ceyhun Təbriz oğlunu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin (DİN) zabitlər birliyinin üzvləri,Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Ceyhun qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günüz isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Peşəkar avtomobilist, vətənpərvər və torpağına bağlı insan, mayor İsmaylov Ceyhun Təbriz oğlu 1973 -cı illin aprel ayının 11-də Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub.
Əsil vətəndaşlıq mövqeyi ilə seçilən Ceyhun İsmayılov 1991-ci ildə Şəhid Kamil Əyyubov adına Bakı şəhəri Nizami rayonun 12 nömrəli orta məktəbi, 1999-ci ildə Daxili Qoşunların gizirlər məktəbini, 2002-ci ildə isə DİN-in Daxili Qoşunların zabitlər kursunu bitrib.
Mayor Ceyhun İsmayılov Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirlən bir çox təlim-metodiku toplanışlarda,hərbi və xüsusi-taktiki təlimlərdə, komanda-qərargah məşqilərində,nümnəvi-göstərici məşğələlərdə,müvafiq ixtisasartırma kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
Xoş rəftarı və şirin dili ilə hər kəslə isti münasibət yaradan, Ceyhun Təbriz oğlu İsmayılov 1991-1993-cü illərdə Din-in Daxili Qoşunların Ağdam,Ağdərə və Füzuli rayonlarda yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.
1994 -2023-cü illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Füzuli, Xətai, Qaradağ və Nərmanov rayonlarında yerləşən hərbi hissələrində avtomobol və zirehli texnika bolükdə taqım komandiri,helikopter esqadiriyasında YSM (yanaçaq və sürtkü materialları) xidmətin rəisi, hərbi hissə komandirinin müavini, DİN-in Daxili Qoşunların Baş İdarəsinin maddi- texniki təminat idarəsində isə zabit vəzifələrində Dövlətə, vətənə və xalqa sədaqətlə xidmət edib .
Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları) istiqamətində gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və müharibə vetranıdır.
Ceuhun İsmayılov Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin, hərbi şəhərciklərin, Daxili işlər nazirliyinn və Daxili Qoşunların təchizat anbarların və inzibatı binaların mühafizə olunmasında, yaşayış məntəqələrində və islah-əmək müəssisələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,şəhərdə, daxili işlər orqanları ilə birlikdə yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində post-patrul xidməti vastəsi ilə ictimai asayişin qorunmasında və ictimai təhlükəsuzliyin təmin olunmasında, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar və fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin olunmasında, eləcə də 44 günlük Vətən müharibəsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbı yoldaşları Ceyhun İsmayılovu vətənpərvər, qoruxmaz, zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı, orta və təhsil mərkəzlərində, istərsədə xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanıb.
Öz xidmət vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif edlib, bir çox fərmanlarla, diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:
1.“Azərbaycan Respubilkası Silahlı Qüvvələri Veteranı" medalı ilə;
2."Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10 illiyi ( 1991 - 2001 )” yubiley medalı ilə;
3."Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi ( 1918 - 2008)” yubiley medalı ilə;
4."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918 - 2013 )” yubiley medalı ilə;
5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)”yubiley medalı ilə;
6."Qüsursuz xidmətə görə 1 -ci dərəcəli medalı - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
7."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
8.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
Mayor Ceyhun İsmayılov öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 11 mart 2020-ci il tarixli 1917 saylı sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medal ilə təltif olub.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN CEYHUN!
BÜTÜN ARZULARIN CİN OLSUN! HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder