Vətənpərvərliyi, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti və səmərəli fəaliyyəti ilə seçilən,ehtiyatda olan mayor Nurəliyev Asif Tofiq oğlunun aprel ayının 8-də
doğum günüdür.
Mayor Nurəliyev Asif Tofiq oğlu 1975-ci ilin aprel ayının 8-də Bakı şəhərində anadan olub.
Vətənini xalqını, dövlətini sevməyi bacaran, ehtiyatda olan mayor Nurəliyev Asif Tofiq oğlu 1993-2018-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Binəqədi rayonunda yerləşən hərbi hissənin döyüş hazırlığı bölməsində, Daxili Qoşunların Baş İdarəsinin Qərargahında müxtəlif vəzifələrdə Vətənə , dövlətə və xalqa sədaqətlə xidmət edib.
Öz xidməti və ictimai vəzifə borcunu şərəflə yerinə yetirən, ehtiyatda olan mayor Asif Nurəliyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Xidməti vəzifələrinin icrasına məsuliyyətilə yanaşdığına və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar komandanı və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə “əla xidmətlərə görə” əlacı və yubiley döş nişanları, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılıb və aşağıdakı medallarlarla təltif olunub:
1.“Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə;
2.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
3.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”yubiley medalı ilə;
4.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə;
5. “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim xidmətə görə;
6.“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
6.“Qüsursuz xidmətə görə” 3 dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 11 mart 2020-ci il tarixli 1917 sayı sərəncamına əsasən mayor Nurəliyev Asif Tofiq oğlu “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Nurəliyev Asif Tofiq oğlunun
anadan olması günü münasibətilə onu, Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri, yaxınları, hərbçi dostları və iş yoldaşları
ürəkdən təbrik edir, ona
uzun ömür, möhkəm çansağlığı,
ailə səadəti, fəaliyyətində yeni uğurlar
arzulayır!
50 İLLİK YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN ASİF!
100 YAŞA SAĞLAM YAŞA.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharubə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder