Daxili İşlər Orqanların və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının həyatında öz dəst xətti olan, peşəkarlığı, humanistliyi, təmkinliyi, dəqiqliyi, sadəliyi, iradı, səmimiyyəti,tovazürkarlığı, vətənpərvərliyu,işgüzarlığı və mənəvi keyfiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 25 ildən cox şərəfli xidmət yolunu hərbi xidmətdə və daxili işlər orqanın da müvafiq vəzifələrdə keçirmiş- istefada olan polkovnik-leytenat Cəfərov Azad Cəfər oğlunun aprel ayının 8- də dünyaya göz acdığı gündür.
Daimi həyayın bütün cətinliklərindən alınıaçıq və üzüağ çıxan – istefada olan polkovnik- leytenat Azad Cəfərovu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN -in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu ediib deyirlər,Azad qoy yaşının üstə gələn bu yaş da sənə sevincdolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin
Polkovnik- leytenat Cəfərov Azad Cəfər oğlu 1956- ci ilin aprel ayının 8- də Neftçala rayonunda zəhmətkeş ailədə anadan olub.1974-ci ildə Neftçala rayonunda orta məktəbi, 1978-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Azərbaycan İnstitutunu (indiki Bakı Slavavyan Universitetini) 1990 -cu ildə isə SSRİ Daxili İşlər Nazirliyin Ali Milis Məktəbini (Akademiyasını) bitirib.
Polkovnik- leytenant Cəfərov Azad Cəfər oğlu 1978-1979- cü illərdə SSRİ Silahlı Qüvvələrin Yaroslav şəhərində yerləsən hərbi hissələrin birində də müddətli həqiqi hərbi xidmətdə olub.
1979- 1991 -ci illərdə SSRİ Daxili işlər orqanlarında müxtəlif vəzifələrdə olub.1992-2004-ci ilərdə isə Daxili İşlər Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsində şöbə rəisi, Din-in Daxili Qoşunların Baş İdarəsinin hüquq xidmətində isə baş zabit vəzifələrində Dövlətə vətənə və xalqa sədaqətlə xidmət edib.
Polkovnik -leytenat Azad Cəfərov Daxili Qoşunlarda və Daxili İşlər Orqanlarında xidmət etdiyi illər ərzində, hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə aparmış və daima qələbə qazanmışdır. Bü insan üçün ən meyar, başlıca qürurunu saxlamaqdan ibarət olub.O, harda xidmət etməsinə baxmayaraq öz xidməti vəzifəsini layiqincə yerinə yetirmiş, qanunun tələblərinin ədələtlə tətbiq edilməsində həmişə pirinspial mövqe tutmuşdur.
Cəfərov Azad Cəfər oğlu, həmişə ləyaqətinin, şərəfinin, işgüzar fəaliyyətinin toxunmazlığnı gözləmiş, nüfuzunu qorumuş vüqarını daima yüksək saxlayaraq, alını açıq və başı uca gəzmişdir. Xalqa, elə obaya, dövlətə xidmət, özüdə etdiklərini sinəsi el-oba qatqılı, vətən qüdrətli öz fəaliyyətini göstərmişdir.
Azad Cəfər oğlu Cəfərov Daxili İşlər Nazirliyin müvafiq strukturlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi Hərbi Andın (Polis Andın) hərbi ,daxili işlər nazirliyin post -patrul, Daxili Qoşunların isə döyüş xidməti nizamnamələrin tələblərininin dəqiq və sözsüz yerinə yetirilməsi işində şəxsi nümunəsi ilə tabeliyində olan hərbi qulluqçulara, polis əməkdaşlarına nümnə olmuş və onları fədakar xidmətə ruhlandırmışdır.
Polkovnik leytenan Azad Cəfərov Din-in Daxili Qoşunların Baş İdarəsində və Baş İctimai Təhlükəsizlik İdarəsində xidmət etdiyi illər ərzində özünü qorxmaz,saxavətli, insanpərvər,əliaçıq və zəhmətkeş zabit kimi göstərmişdir.O,istər anadan olduğu və yaşadığı ərazidə, istərsə də, oxuduğu orta və ali milis məktəbdə, istərsə də işlədiyi və xidmət etdiyi kollektivlərdə, dost -tanış, qohum-əqraba arasında özünə layiq hörmət qazanmışdır.
Polkovnik- leytenat Azad Cəfərov Daxili işlər orqanında xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi və polis zabiti kımı göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Azad Cəfərov qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili işlər orqanlarına və Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların dəqiq yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində içtimai qaydanın qorunmasında və içtimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında,çinayətlərin və digər hüquqpozmaların qarşısının alınmasında və onların acılmasında, əməliyyat -axtarış fəaliyyətinin həyata kecirilməsində, qəzalar , bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yernə yetirmişdir.
Azad Cəfərov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak Azərbaycan Respublikasının müharibə veteranıdır.
Azərbaycan Respubilkasında Hərbi və Fövqalədə vəziyyət zamanı Zəngilan və Cəlilabat rayonların komendantı olub.
Öz xidməti vəzifələrinin yerinə yetirilməsinə, xidmətdə əldə edilən yüksək nətiçələrə və nümunəvi xidmətinə görə, polkovnik-leytenant Cəfərov Azad Cəfər oğlu SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali milis məktəb rəisinin, idarə (şöbə) və baş idarə rəislərinin müvafiq əmrləri ilə bir sıra medallarla, əla xidmətlərə görə, əlacı və yubiley fəxri döş nişanları ilə təltif olunub, dəfələrlə fəxri fərmanlarla, qiymətli hədiyyələrlə həvəsləndirlib və ona təşəkkür elan edlib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN AZAD !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas
polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder