Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş peşəkarlığı, hümanistliyi, vətənpərvərliyi, işgüzarlığı,tələbkarlığı, təşkilatçılıq bacarığı və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 25 illdən çoxunu hərbi xidmətdə keçirmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharubə veteranı- ehtiyatda olan baş gizir Daşdəmirov Vüqar Əli oğlunun aprel ayının 16 - da dünyaya göz acdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Vüqar Daşdəmirovu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları və iş yoldaşları səmimi- qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Vüqar qoy yasinin üstə gələn bu yaş da sizə sevinc dolu illər bəxş etsin, hər yeni ili isə ötən ilərdən daha yaxı onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Daşdəmirov Vüqar Əli oğlu 1968 -ci ilin aprel ayınin 16 - də İsmayılı rayonun Balik kəndində zəhmətkeş ailədə anadan olub.Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının həyatında özünə məxsus xüsusi xidmətləri olan,Azərbaycan Respublikasının Silahlı Qüvvələri veteranı və müharubə əlili, peşəkar hərbçi polkovnik Daşdəmirov Cingiz Əli oğlunun qardaşıdır.
Vüqar Daşdəmirov İsmayılı rayonun Bankli kənd orta məktəbini və Tovuz Kənd Təsərrüfatı Texnikumunu bitirib.O, DİN-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim- metodiki-toplanışlarda,hərbi və xüsusi-taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak
edib.
1986-1988-ci illərdə SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub.
1993 -2017 -cı illərdə DİN-in Daxili Qoşunlarının Binəqədi, Xəzər və Nərimanov rayonlarında yerləşən hərbi hissələrində, ali hərbi məktəbdə müxtəlif vəzifələrdə Vətənə dövlətə və xalqa sədaqətlə xidmət edib.
Vüq Daşdəmirov DİN-in Daxil Qoşunlarında xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabeçiliyində olanlara daimi nümunə olmuşdur.
Hərbi və iş yoldaşları Vüqar Daşdəmirovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər.RuslanZeynalov istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
Qanunvericilik lə müəyyən olunmuş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində ,hərbi şəhərciklərin,anbarların və dövlət əhmiyyətli obyektlərin,inzibatı binaların mühafizə olunmasında,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerıərində ictimai asayişin qorumasında,ictimai təhlükəsuzliyin təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa hərbi və fövqalədə hallar , habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, eləcə də dövlətətin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Xidməti vəzifələrini icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəldiyinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, təlim tədris mərkəz və
ali hərbi məktəb rəislərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir çox fəxri fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə , hərbi xidmətdə ona həvalə edilmiş vəzifə və tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif edilib:
1.“Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı” medalı ilə
2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi ( 1991 -2001)” yubiley medalı ilə;
3."Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi ( 1918 -2008)” yubiley medalı ilə;
4."Qüsursuz xidmətə ğörə” 1 -ci dərəcəli medalı ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
5."Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi ( 1918 -2013)” yubiley medalı ilə;
6."Qüsursuz xidmətə ğörə" 2-ci dərəcəli medalı ilə-
Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətinə görə,
7.”Qüsursuz xidmətə ğörə" 3 dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
VÜQAR DOĞUM GÜNÜN MÜBRƏK!!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev.
Hiç yorum yok:
Yorum Gönder