Tarixi boyu həkimlik sənətinə ülvi bir peşə, həkimə isə müqəddəs bir şəxs kimi yanaşılmışdır. Sənədini mükəmməl bilən insanların sağlamlığının keşiyində ləyaqətlə duran, onların qayğısına qalan həkimlərin xətrini el-oba əziz tutulmuşdur. Hətta el arasında müdrüik adamları loğmanla müqayisə edirlər.
Həkim adını daşımaq nə qədər məsuliyyətli olsa da bir o qədər də şərəflidir. Xalqının səhhətini qorumaq, hər kəsin öz sağlamlığını və həyatın etibar edəcəkləri qədər inamını qazanmaq hər insana nəsib olmur. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək,xarakteri ilə səhhətlərində yaranmış problemlərini unutduraraq həkimlərin peşə vəzifələrinin ən ümdə məqamlarından biridir.
Şərəfli ömür yolu keçmiş insanların sağlamlığını ləyaqətlə qorumuş, qayğıkeş həkim, kiçikdən böyüyə onu tanıyanların hər birinin rəğbətini qazanmış peşəkar, dürüst, vətənpərvər, daimi hərbi qulluqçuların yaddaşnda qalan peşəkar, təcürbəli həkim, gözəl insan -ehtiyatda da olan tibb xidməti mayoru Yalçın Həsənovun aprel ayının 25 -də dünyaya göz acdığı gündür.
Daima həyatın bütün imkanlardan alnıaçıq və üzüağ çıxan -ehtiyatda olan tibb xidməti mayoru Yalçın Həsənovu bu əlamətdətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, tibb işciləri,əzizləri, ,doğmaları, yaxınları və iş yoldaşları səmimi- qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və uzun ömur arzu edib, deyirlər, Yalcın həkim qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin.Sevdiklərinizlə, ailənizlə gözəl günlər kecirəcəyniz illərin və günllərin sayı çox olsun.
Tibb xidməti mayoru Həsənov Yalçın Rafiq oğlu 1972-ci ilin aprel ayının 25 -də Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub.
O, 1989 - cu ildə Bakı şəhərində orta məktəbi, 1995- ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitrib.1995- ci ildə ali təhsilini başa vuruduqdan sonra Yalçın həkim 1995- 2002- ci illərdə özəl xəstəxanalarda həkim vəzifəsində işləyib.
2002- 2022-ci İllərdə tibb xidməti mayoru Yalçın Həsənov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Nərimanov rayonunda yerləşən hərbi hissələrində ( hərbi hospitalında) aptek rəisi, alayın tibb xidməti rəisi, Daxili Qoşunların Baş İdarəsinin tibb xidmətində isə zabit vəzifələrindəVətənə dövlətə və xalqa sədaqətlə xidmət edib.O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində, hərbi hospitalında, həkimlərin təkmilləşmə institutunda keçirilən bir cox təlim- metodik toplanışlarda, hərbi və xüsusi- taktiki təlimlərdə, semnarlarda, konfranslarda və ixtisas artırma kurslarında fəal iştirak edib.
Mayor Yalçın Həsənovu hərbi və həkim yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi istiqamətində, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin, Daxili Qoşunların hərbi hospitalı haqqında təlimatın tələblərinin yerinə yetirilməsində bir çox hərbi qulluqçulara və həkimlərə şəxsi nümunə olmuşdur. Hippaokrat andı içən Yalçın həkim o, anda sadiq olaraq, ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Şərəfli xidmət yolunun 20 ilini DİN-in Daxili Qoşunlarda keçirmiş və hal -hazırda təqaüddə olan Yalçın Həsənov Vətən qarşısında xidmətləri onu tanıyanlar tərəfindən heç vaxt unudulmayacaq.
Səmərəli fəaliyyətinə görə Yalçın həkim Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Tibb şöbə rəisinin və hərbi hissə komandirinin ( hərbi hospital rəisinin) müvafiq əmrləri ilə, əla xidmətlərə görə əlaçı və yubiley döş nişanları ilə təltif olunub , bir neçə dəfə fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:
“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
2.“Qüsursuz xidmətə görə” 2 dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi ( 1918 -2008)” yubiley medalı ilə;
“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi (1918 2013)” yubiley medalı ilə.
DOĞUM GÜNÜZ MÜBARƏK OLSUN DƏYƏRLİ YALÇIN HƏKİM !
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder