Təbrik: Mayor Valeh Babayev - 67




Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, İşgüzarlığı, yüksək intellektual səviyyəsi , idarəçilik, iradi, mənəvi keyfiyyəti və  qabiliyyəti ilə seçilən, Azərbaycan Respublikasının müharibə veteranı -istefada  olan  mayor Babayev Valeh Məhəmməd oğlunun      aprel ayının 24 də  dünyaya göz acdığı  gündür.


 Daimi həyatın bütün  imtahanlarından alnıaçıq və üzüağ çıxan, Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan mayor  Babayev Valeh Məhəmməd oğlunu   doğum günü münasibətilə Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunların ehtiyatda və istefada  olan zabitləri, doğmaları,əzizləri, döyüş və  iş yoıdaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Valeh qoy  yaşının üstə gələn bu yaş sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək  şəkildə keçsin.


Babayev Valeh Məhəmməd oğlu 1958- ci illin aprel ayının 24 -də Azərbaycan respublikasının Şamaxı rayonunda zəhmətkeş bir ailədə anadan olub.

 1975 -ci ildə  Azərbaycan Respublikasının  Ağsu ayonunda  orta məktəbi, 1984- cü ildə Azərbaycan Politexnik İnstitutunun Avtomobil və Nəqliyyat fakultəsini bitirib. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində   Daxili Qoşunların  Baş idarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki -təlim toplanışlarda, hərbi və  xüsusi taktiki təlimlərdə seminar və konfranslarda fəal iştirak edib.

 1976 - cı ildə Rusiya Sovet Federativ Sosialist  Respublikasının  Murmansk vilayətinin Severomorski  şəhərində yerləşən tədris alayların birində    kiçik kamandirlər hazırlyan kursu bitrib.

1976 -1978 -ci illərdə  Rusiya Sovet  Sosialist Respublikasının Murmansk Vilayətinin Severomorski, Arxangelski Vilayətinin Severobivinski şəhərlərində yerləşən hərbi hissələrin birində müddətlı həqiqi hərbi xidmətdə  (manqa komandiri və taqım komandirinin müavinini vəzifəsində, starşina rütbəsində) olub.

1984 - 1988 -ci illərdə Bakı Tramvay və Trolleybus  Parkında usta,  mühəndis, sex rəisi və direktor müavini,  1989 - 1992- ci illərdə isə  Bakı Avtobus bazasının direktoru vəzifəsində  işləyib.

1992- 1997-ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin  Nizami, Nərimanov,Binəqədi və Xəzər  rayonlarında (Xaçmaz rayonunun Yalama qəsəbəsində) yerləşən hərbi hissələrində   hərbi hissə komandirinin Silah və Texnika xidmətləri üzrə müavini,  Daxili Qoşunların Bas İdarəsinin Avtomobil şöbəsində   zorehli texnika xidmət rəisi  vəzifələrində Millətə, vətənə , dövlətə və xalqa sədaqətlə  xidmət edib.

Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xudməti nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcə də vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə   yetirilməsi   üçün   öz   əməyini  əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir çox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

 Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış  məntəqələrində  və kütləvi tədbirlərin keçirilmə yerlərində  ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, yaşayış məntəqələrində və cəzacəkmə müəssisələrində  kütləvi  iğtişaşların qarşısının alınmasında,  mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,  qanunsuz silahlı birləşmiş dəstələrin axtarışında  və zərərsizləşdirilməsində, qəzalar , bədbəxt hadisələr, yanğınlar , təbii fəlakətlər habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düsən vəzifə və tapşırıqları  məsuliyyət  və şərəf hissi ilə  yerinə yetirmişdir.

 Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal  iştirak edib.Azərbaycan Respublikasının müharibə veteranıdır.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi   xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə  əlacı və yubiley döş  nişanları ilə, pul mükafatları ilə, bir çox  fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, VALEH!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages