Dağıstan Respublikasının Dərbənd şəhərində baş verən atışmada bir nəfər ölüb.
Bakmiltv.info xəbər verir ki, bu barədə şəhərin tibb müəssisələrindən biri məlumat verib.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə şəhər küçələrində hərəkət edən avtomobil polisin “dayan” əmrinə tabe olmayıb. Polis əməkdaşları onu saxlamaq istədikləri zaman həmin şəxs polis əməkdaşlarına atəş açıb.
- Yazda təhlükə ilə üzləşə biləcək BÜRCLƏR
- Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi
- Azərbaycanda gizli kameralar necə satılır? – CƏZASI
Həmin şəxs polis tərəfindən zərərsizləşdirilib. Onun avtomobilində bir ədəd tapança aşkarlanaraq götürülüb.
Hadisə zamanı bir polis əməkdaşı da yaralanaraq xəstəxanaya yerləşdirilib.
İnsidentlə bağalı araşdırma aparılır.
Hiç yorum yok:
Yorum Gönder