Daxili İşlər Nazirliyi (DIN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, peşəkarlığı, xeyirxahlığı, sadəliyi, səmimiyyəti, işgüzarlığı, səmərəli fəaliyyəti və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 25 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətə həsir etmiş-ehtiyatda olan mayor Aslanov Osman Qüdrət oğlunun aprel ayının 11-də dünyaya göz acdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan,Azərbaycan Respubilkasının Silah Qüvvələri Veteranı- ehtiyatda olan mayor Aslanov Osman Qüdrət oğlunu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Osman qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günüz isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Peşəkar hərbi zabit,vətənpərvər və torpağına bağlı gözəl insan, mayor Aslanov Osman Qüdrət oğlu 1977-cı illin aprel ayının 11-də Azərbaycan Respublikasının Gədəbəy rayonun Qızıl-Torpaq kəndində zəhmətkeş bir ailədə anadan olub.
Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, Osman Aslanov 1994 -ci ildə Gədəbəy rayonun Qızıl-Torpaq kənd orta məktəbi, 1999-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasını və Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim-tədris mərkəzində zabitlərin ixtisas artırma kursunu bitrib.
Osman Aslanov DİN-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirlən bir çox təlim - metodiku toplanışlarda,hərbi və xüsusi-taktiki təlimlərdə, komanda-qərargah məşqilərində,nümnəvi- göstərici hərbi məşğələlərdə,müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
Xoş rəftarı və şirin dili ilə hər kəslə isti münasibət yaradan mayor Osman Qüdrət oğlu Aslanov 1999-2024-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hacqabil , Xətai, Binəqədi və Xəzər rayonlarında yerləşən hərbi hissələrində və Ali hərbi məktəbdə hərbi hissədə taqım komandiri, bölük komandiri, Xızı təlim -tədris mərkəzinin rəisi, xüsusi vasitələrin tətbiqi dəstənin qərargah rəisi vəzifələrində Dövlətə, vətənə və xalqa sədaqətlə xidmət edib.
Osman Qüdrət oğlu Aslanov Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin, hərbi şəhərciklərin,Daxili işlər nazirliyinn və Daxili Qoşunların təchizat anbarların və inzibatı binaların mühafizə olunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, şəhərdə, daxili işlər orqanları ilə birlikdə yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində post-patrul xidməti vastəsi ilə ictimai asayişin qorunmasında və ictimai təhlükəsuzliyin təmin olunmasında, fövqalədə hallar və hərbi vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların, yanğınların, bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbı yoldaşları Osman Aslanovu vətənpərvər, qoruxmaz, zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı, orta və təhsil mərkəzlərində, istərsədə xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanıb.
Öz xidmət vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif edlib, dəfələrlə fərmanlarla, diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:
1.“Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı” medal ilə;
2."Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10 illiyi ( 1991 - 2001 )” yubiley medalı ilə;
3."Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi ( 1918 - 2008)” yubiley medalı ilə;
4."Qüsursuz xidmətə görə” 1 -ci dərəcəli medalı - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
5."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
6.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN OSMAN!
BÜTÜN ARZULARIN CİN OLSUN! HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder