Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Yardımlı rayon şöbəsinin sədri, polis və Müharibə veteranı — istefada olan polis mayoru Əliyev Mayılxan Əzuzula oğlunu doğum günü yubileyidir. Aprel ayının 28-də onun 70 yaşı tamam olur.
Əliyev Mayılxan Əzuzula oğlu 1955-ci ildə aprel ayının 28-də Azərbaycan Respublikasının Yardımlı rayonun Bilinə kəndində zəhmətkeş ailədə anadan olub. Yardımlı rayonun Vərgədüz kənd orta məktəbi bitrib.
1973-1975-ci illərdə Sovet Ordusunun Leninqrad şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub. 1976-2010-cu ilərdə Daxili İşlər Orqanlarında Millətə, Vətənə, Dövltə və Xalqa sədaqətlə xidmət edib.
Mayılxan Əliyev Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, oğlu isə baş zabit vəzifəsində 44 günlük Vətən Müharibəsində fəal iştirak edib .
Xidmətdə səmərəli fəaliyətinə görə Daxili işlər naziri və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmirləri ilə bir sıra medalarla,döş nişanları ilə, diplomlarla, fəxti fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkur elan edilib.
Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyinin rəhbərliyi yubilyarı Fəxri Fərmanla təltif etmişdir. AVMVİB rəhbərliyi və yubilyarın döyüş dostları və veteranlar ona uzun ömür, cansağlığı arzulayır.
AVMVİB-in Mətbuat xidməti






Hiç yorum yok:
Yorum Gönder