Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etmiş, ehtiyatda olan kapitan Səfərov Tahir Zöhrab oğlunun aprel ayının 15-də onun dünyaya göz açdığı gündür.
Daimi həyatın bütün cətinliklərdən alınıaçıq və üzüağ çıxan,Daxili Qoşunların Zakatala, Lənkaran rayonlarında və Sumqayıt şəhərində yerləsən hərbi hissələrdə taqım komandiri və xidmət rəisi vəzifələrində xidmət etmiş peşəkkar zabit,yaxşı ailə başçısı – ehtiyada olan kapitan Səfərov Tahir Zöhrab oğlunu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadati və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Tahir qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Səfərov Tahir Zöhrab oğlu 15 aprel 1977-ci ildə Bakı şəhərində anadan olub.Əslən Qərbi Azərbaycanın Meqri rayonunda anadan olub.Atası Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı-istefada olan polkovnik-leytenat Səfərov Zöhrab Tahir oğli 30 ildən cox Daxili işlər Nazirliyin İslah-Əmək Müəssisələrində və Daxili Qoşunların hərbi hissələrində rəhbər vəzifələrdə Vətənə,dövlətə və xalqa sədaqətlə xidmət edib.
Tahir Səfərov 1994-cü ildə Bakı şəhərində 138 saylı tam orta məktəbi, 1998-ci ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbini, 1999-cu ildə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim -tədris mərkəzində zabitlərin təhkimləşdirmə kursnu bitirib.O, Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim- metodiki toplanışlarda, komanda-qərargah məşqlərində, hərbi və xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir.
O,Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabecliyində olanlara və bir cox hərbi qulluqculara daimi şəxsi nümünə olmuşdur.
Qanunverciliklə müəyyən olunmuş qaydada dövlət əhmiyyətli obyektlərin,inzibatı binaların,hərbi təchizat bazaların və hərbi anbarların mühafizə olunmasında, şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, qəzalar,yanğınlar,bədbəxt hadisələr,təbi fəlakətlər və başqa fövqaladə vəziyyət zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Müdafiə Nazirinin, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə pul mükafatları ilə, bir çox fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə və digər xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvaiq əmrləri ilə bir sıra medallarla təltif olunub.
Hal- hazırda kapitan Tahir Səfərov özəl şirkətlərin birində calışır
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, TAHİR !
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranı , peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder