Azərbaycan Ordusunda və Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, ehtiyatda olan kapitan Aslanov Mübariz Oktay oğlunun aprel ayının 29 -da dünyaya göz acdığı gündür.
Hər il oldiğu kimi bu ildə doğum gününü qeyd edən- ehtiyatda olan kapitan Aslanov Mübariz Oktay oğlunu, Daxili İşlər Nazirlərinin zabitlər birliyinin üzvləri, DİN-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, əzizləri, doğmaları və iş yoldaşları səmimi- qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Mübariz qoy yaşınızın üstə gələn bu yaşda sizə sevincdolu günlər bəxş etsin, hər yeni iliniz isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Aslanov Mübariz Oktay oğlu 1983 - ci ilin aprel ayının 29-da İsmayı rayonun Şumağalı kəndində zəhmətkeş bir ailədə anadan olub.
Kapitan Mübariz Aslanov 1999 - cu ildə İsmayıllı rayonun Sumağalı kənd tam orta məktəbi, 2004- ci ildə Kənd Təsərrüfatı Akademiyasını, 2005-ci ildə Müdafiə Nazirliyinin təlim -tədris mərkəzini bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində, Ali hərbi məktəbdə və hərbi hissələrdə kecirlən bir çox təlim-metodiki toplanışlarlarda, hərbi və xüsusi taktiki təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.
2005- 2006-cü illərdə Azərbaycan ordusunda, 2007-2017-ci illərdə Daxili Qoşunlarda müxtəlif vəzifələrdə Vətənə dövlətə və xalqa sədaqətlə xidmət edib. Hal- hazırda Mübariz Aslanov Minatəmizlə Agentliyidə calışır.
Kapitan Mübariz Aslanov DİN-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qoruxmaz, insanpərvər, səxavətli və əliaçıq və işgüzar, yüksək intellektual səviyyəli zabit kimi göstərmişdir.
Mübariz Aslanov istər orta və ali təhsil müəssisələrində təhsil aldığı illərdə, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanmışdır .
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andin, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin eləcə də digər hüquqi- normativ aktların tələblərinə və vəzifə borclarının icrasına Rasim Mürsəlov məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvələ olunmuş vəzifə və tapşrıqların yerinə yetirilməsində,dövlət əhəmiyyətli obyektlərin və təchizat anbarların mühafizə olunmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində, qəzalar , bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqaladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında Mübariz Aslanov üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə kapitan Mübariz Aslanov Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,Təlim- tədris mərkəzi rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlaçı və yubiley döş nişanları ilə, bir çox fəxri fərmanlarla,diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidmət vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yernə yetirərkən fəriqləndiknə və nümunəvi xidmətinə görə Azərbaycan Respublikası Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə bir sıra medallarla təltif olunub:
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. MÜBARİZ !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder