Yüksək peşəkarlığı,dərin zəkası, humanistliyi,vətənpərvərliyi,sadəliyi,səmimiyyəti,təmkinliyi, insanpərvərliyi, dəqiqliyi,insanpərvərliyi,xeyirxahlığı,iradı və mənəvi keyfiyyəti ilə seçilən, rabitə sahəsində sayagəlməz uğurları ilə şöhrət qazanan,peşəkar rabitəçi, Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan baş leytenat Qədirov Elman Ağahüseyin oğlunun aprel ayının 20- də doğum günü oldu.
Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ cıxan Elman Qadirovu belə bir əlamətdar günü münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri,Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, əzizləri, doğmaları onun pərəstişkarları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm, cansağlığı, həyat yollarında uğurar arzu edib deyirlər, Elman müəllim qoy yaşınızın üstə gələn bu yaşda sizə sevincdolu günlər bəxş etsin, hər yeni iliniz isə ötən illərdən dahada gözəl istəklərinizə uyğun sizi xoşbəxt edəcək şəkildə kecsin.
Azərbaycan Respublikasının müharibə veteranı-istefada olan baş leytenat Qədirov Elman Ağahüseyin oğlu 1962-ci ilin aprel ayının 20 - də Quba rayonunun Birinci Nügədi kəndində zəhmətkeş bir ailədə ana dan olub.
1979- cu ildə Quba rayonunun 1-ci Nügədi kənd orta məktəbi, 1989-cu ildə isə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Elektrotexnika fakultəsini (elektrik rabitəsi mühəndisi ixtisasını) bitirib.
1980 - 1983 - cü illərdə Sovet ordusunun Hərbi Dəniz Donanmasının Pinsk və Baltiysk şəhərində yerləşən hərbi hisslərin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1987-1989 - ci illərdə ATS-66/67-də elektrik montyoru,
1989-1993-ci illərdə ATS-66/67-də elektromexanik, böyük elektromexanik vəzifələrində
calışmışdır.
1993-1996-ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsin Rabitə şöbəsinin rəis müavini vəzifələrində Millətə vətənə, dövlətə və xalqa sədəqətlə xidmət etmişdir.”Hərbi xidmətkecmə haqqında” əsasanamənin q). bəndinin tələblərinə əsasən ştatların ixtisarına görə Azərbaycan Respublikası Silahlı Qüvvələrdən ehtiyata buraxlıb.
O,1996-1998 -ci illərdə ATS-66/67-də Avtozal- AON mühəndisi,1998-2003-cü illərdə “Bakı Telefon Rabitəsi” İB-də (BTRİB) İstehsalat Laboratoriyasının rəis müavini,2003-2004-cü illərdə Rabitə Nazirliyinin Telekommunukasiya şöbəsinin rəis müavini ,2005-ci ildə BAKTELEKOM-da Stansiya Qurğularının İstismarı şöbəsinin rəisi, 2005-2018-ci illərdə BAKTELEKOM-da Baş mütəxəssisi,2018-2022-ci illərdə BAKTELEKOM-da İnformasiya texnologiyaları departamentinin baş mütəxəssisi vəzifələrindədə işləmişdir.2023-cü ildən etibarən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində şöbə müdiri vəzifəsində calışır.
Elman Qadirov DİN-in Daxili Qoşunların Baş İdarəsinin rabitə şöbəsində xidmət etdiyi illər ərzində o, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabeliyindəkilər və bir çox hərbi quluqcullar ücün şəxsu nümunə olmuşdur.
1992-1994 cü illərdə Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmışdir.
1993- 1994 cü illərdə Füzuli və Cabrayıl rayonlarının bir necə kəndlərinin və eləcədə Horadis qəsəbəsinin azad olunmasında fəal iştirak edib.
Qanunvericiliklə müəyyən olunmuş qatda da Daxili Qoşunlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısın alınmasında, , mütəşəkkil cinayatkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,mühüm obyektlərin və xüsusi yüklərin mühafizə olunmasında,qəzalar,yanğınlar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa hərbi və fövqəladə vəziyyət komendat saatı zamanı hüquqi rejimin təmin edilməsində Elman Qədirova həvalə edilmiş vəzifə və tapşırıqları sözsüz, dəqiq və vaxtında yerinə yetirmişdir.
Öz xidməti vəzifələrini yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar komandanın, onun müavinlərinin və şöbə rəisinin müvafiq əmirləri ilə mukafatlandırlıb.
Doğum günün mübarək olsun Elman müəllim!
Allah hər zaman qəlbini sıxıntıdan,bədbinlikdən qorusun.
Həmişə üzün gülsün, ürəyin sevnsin.
Elman müəllim 💯 yaşa və sağlam yaşa!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas
polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder