Sağlığında hörmət və ehtiram qazanan, ən başlıcası isə yoxluğundan sonra çoxlarının xatirələrində yaşayan şəxsiyyətlərdən biri də yüksək peşəkarlığı, dərin zəkası, ilə gözəl nitq qabiliyyəti, təşkilatçılıq bacarığı, vətənpərvərliyi,xeyirxahlığı,intellektual səviyyəsi, idarəclik qabiliyyəti və səmimyyəti ilə seçilən, Azərbaycan Respublikasının müharibə veteranı olmuş- mayor Ocaqverdiyev Vurğun Məhəmməd oğlu idi.
Ocaqverdiyev Vurğun Məhəmməd oğlu 1971-ci ilin aprel ayının 10-da Salyan rayonun Xələc kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur, 2019 -cu illin aprel ayının 10-da 47 yaşında vəfat edib və Salyan rayonun Xələc kənd qəbiristanlığında torpağa tapşırlıb.
Heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dilli ilə hərkəslə doğmalıq münasibəti yaradan Vurğun Məhəmməd oğlu Ocaqverdiyev 1978-ci ildə Salyan rayonun Xələc kənd orta məktəbi,1995-ci ildə Daxili İşlər Nazirliyinin orta ixtisas polis məktəbini (indiki polis akademiyasını), 1998-ci ildə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim -tədris mərkəzini bitirmişdir.
Əhatəsində olan insanların, döyüşcü və iş yoldaşlarının hörmətini qazanan, ictimai işlərdə fədakarlıq göstərən, dostlarına, yaxınlarlna isti münasibətdə olan, Vurğun Ocaqverdiyev 1989-1991-ci illərdə Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
Dövlətçiliyimızın möhkəmləndirilməsi üçün var qüvvəsi ilə yorulmadan çalışmış, Azərbaycan Respublikasının müharibə veteranı olmuş Vurğun Ocaqverdiyev 1992- 1993-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ağdərə, Ağdam və Hacıqabul rayonlarında yerləşən hərbi hissələrdə müxtəlif vəzifələrdə çalışmışdır.1993-1995-ci illərdə Daxili İşlər Nazirliyinin orta ixtisas polis məktəbində təhsil almışdır.
Əsil vəndaşlıq mövqeyi ilə seçilən, mayor Vurğun Ocaqverdiyev 1992-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə və xüsusi əməliyyatlarda içtirak edərək üzərinə düşən vəzifə və tapşrıqların öhdəsindən layiqincə gəlmişdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı idi.
Mayor Ocaqverdiyev Vurğun Məhəmməd oğlu 1992-2016- ci illərdə Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Baş İdarəsinin Ağdam, Ağdərə, Hacqabil və Quba rayonlarında yerləşən hərbi hissələrində taqım komandiri, bölük komandiri, xidmət rəisi, Daxili Qoşunların Baş İdarəsinin Qərargahında isə zabit vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Mayor Vurğun Ocaqverdiyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü nizam-intizamlı hərbiçi kımı göstərmişdi r. O, işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək başqaları üçün daimi nümunə olmuşdur.
Ocaqverdiyev Vurğun Məhəmməd oğlu qorxmaz, vətənpərvər, əliaçıq, insanpərvər, vəfalı, zəhmətkeş insan kimi xarakterizə olunurdu.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə “əla xidmətlərə görə” əlacı və yubiley döş nişanları ilə təltif olunmuş, dəfələrlə fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılmış və ona təşəkkur elan edilmişdir.
Mayor Vurğun Ocaqverdiyevin səmərəli fəaliyyətinə, cinayətkarlığa qarşı mübarizədə, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilməsi yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində fəriqləndiyinə,hərbi xidmət keçdiyi dövrlərdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunmuşdur:
1.“Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı” medalı ilə;
2.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
3.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
4.“Qüsursuz xidmətə görə”1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
5.“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
6.“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
Səmimi,insanpərvər,xeyirxah,vətənpərvər, işgüzar və gözəl insan, Azərbaycan Respublikasının müharibə veteranı olmuş - mayor Vurğun Ocaqverdiyevin əziz xatirəsi onu tanyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin, məkanı cənnət olsun!
Azərbaycan Respublikasının müharibə veteranı,peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev

Hiç yorum yok:
Yorum Gönder