"İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiqi və "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiqi və "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 721 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4-cü hissəyə "1-dək" sözlərindən sonra ", 107-ci və108-ci hissələri 2027-ci il yanvarın 1-dək" sözləri əlavə edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"na aşağıdakı məzmunda 107-ci və 108-ci hissələr əlavə edilsin:


107

8537 10 910 0

Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılan kontrolleri

108

8537 10 980 0

Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılmayan kontrolleri


2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Hiç yorum yok:

Yorum Gönder

Pages