Jurnalist Bahəddin Həzinin 60 illik yubileyidir!




Aprelin 28-i "Bizim yol" qəzetinin baş redaktoru, tanınmış jurnalist Bahəddin Həzinin doğum günü, 60 illik yubileyidir. Bahəddin müəllim 1965-ci il aprelin 28-də Füzuli rayonunda doğulub. O, 1988-ci il noyabrın 17-də başlanan Azərbaycan Milli Azadlıq hərəkatının fəallarından biridir. Bahəddin müəllim Azərbaycanın dövlət müstəqilliyinin bərpası üçün var qüvvəsilə çalışan insandır.Fəxr edirəm ki, mən, 1989-1990-cı illərdən Bahəddin müəllimi tanıyıram.Onunla işgüzar əməkdaşlığımız var.
Dəyərli Bahəddin müəllim, həqiqi dostlar adından və öz adımdan doğum gününüzlə əlaqədar Sizi ürəkdən təbrik edir, ən xoş arzularımı bildirirəm.

Hörmətlə,
Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin həmtəsisçisi, jurnalist.
Bakı, 28.04.2025.

Hiç yorum yok:

Yorum Gönder

Pages