İKİ ADDIM GERİ, BİR ADDIM İRƏLİ?



Daha  Həzi Aslanov stansiyasından Dərnəgül stansiyasına qədər belə birbaşa getmək erası bitir deyəsən.

Bunun üçün Həzi Aslanov stansiyasından gələn sərnişin 28 May stansiyasına çatanda çıxmalıdır yuxarıya, indilik pulsuz olacağı deyilən ekspress avtobusla getməlidir Nizami stansiyasına, orada yenidən gediş kartından əlavə 50 qəpik ödəyib aşağı enməli, Dərnəgül qatarına minib yoluna davam etməlidir.

Deməli, əvvəllər bir tərəfə birbaşa 50 qəpiyə və 49 dəqiqəyə getdiyi yolu indi 3 dəfə nəqliyat dəyişməkə, 1 manat ödəməklə və ən yaxşı halda 70-80 dəqiqəyə qət edəcək. Bunun bir adı var - zülüm.

Bəlkə də başbilənlərin ağlına gəlmir, qoy mən bu işin ədalətli həllinin yolunu deyim. Həmin o 28 May - Nizami stansiyaları arasında işləyəcək ekspress avtobusları o marşrutla yox, saylarını artıraraq Həzi Aslanov - Dərnəgül marşrutuna çevirmək lazımdır və əsas şərt də yolüstü ancaq Metro stansiyalarında dayanmaq olmalıdır ki, sıradan olan şəhər nəqliyyatına çevrilməsinlər.

Ancaq bu halda Həzi Aslanov stansiyasından Dərnəgül stansiyasına qədər gedən sərnişinin hüququ qismən də olsa qorunmuş ola bilər. Qismən ona görə ki, əlbəttə, yerüstü nəqliyyat Metronun 49 dəqiqəlik marşrut müddətini təkrarlaya bilməsə də sərnişin indi ancaq bir nəqliyyat növü ilə və cəmi 50 qəpiyə həmin yolu qət edə bilər.

Başbilənlərin diqqətinə çatdırmaq üçün bu yazını intensiv paylaşmaq lazımdır ki, bu da hər birimizdən asılıdır.
ETİBAR ƏLIYEV 
13 aprel 2025

Hiç yorum yok:

Yorum Gönder

Pages