28 Aprel: Tarixdən Gələcəyə Uzanan Körpü : 1920-ci ilin 28 Apreli tarixə sosializm bayrağı altında qızıl hərflərlə yazılsa da, müasir dövrdə bu günün daha dərin bir nəğməsi var. Beynəlxalq Əmək Təşkilatı (BƏT) 2003-cü ildə bu tarixi Ümumdünya Əməyin Mühafizəsi Günü elan edib. Məqsəd aydındır: zəhmətkeşin təhlükəsizliyi, qanunların şəffaflığı və hüquqların qorunması.
Lakin Azərbaycan torpağında bu nəğmə səssiz qalır: Dövlət əmək müfəttişliyi — formalitetlərdən ibarət bir rəqs. Qanun pozuntuları isə sistemin kölgələrində rəqs edir.Həmkarlar ittifaqları — rəsmiləşdirilmiş səhnə aktyorları. Onların fəaliyyəti işçinin əmək haqqından kəsilən pulla başlayır və eyni binanın dəhlizində bitir.Zəhmətkeş isə qorxunun qılıncı altında susur. Səsi iş yerinin divarları arasında əridilir.Nəticə? 28 Aprel kağız üzərində qeyd olunan, lakin ürəklərdə unudulan bir tarixə çevrilir. Sübut isə təkcə “Azəriqaz”da son 6 ayda artıq ikinci dəfə aparılan attestasiya imtahanlarını və “ Azərsu”da 7-8 ilin işçilərini belə hər 3 aydan bir müddətıi əmək müqaviləsinə vadar olunmasını və rbu məsələyə yerli Həmkarlar İttifaqının və eləcədə Konfederasiyanın göz yummasını göstərmək kifayət edər.
1 May: Bayramın Əridilən Rəngləri
1 May dünyanın hər yerində küçələri rəngarəng bayraqlarla bəzəyir. Avropada həmrəylik nəğmələri, Amerikada etirazın səsləri... Azərbaycanda isə bu gün Sovet keçmişinin çiçəklənmiş xatirəsi kimi, qadağan edilməmiş, lakin unudulmağa məhkum edilir. Hökumət və QHT-lər bu günü "keçmişin kölgəsi" kimi qələmə verir. Bayram rəsmi tədbirlərdən kənara çıxmır.
Zəhmətkeş üçün 1 May — əmək haqqının gecikdiyi, iş saatlarının uzandığı və sosial zəmanətlərin yoxluğu ilə əhatəli bir gün.
Kütləvi etiraz isə qorxunun və divarlarına dəyib geri qayıdır.
Səbəblər: Niyə Bizim Küçələrdə Bayram Yoxdur?
Hüquq şüursuzluğu: İnsanlar qohumluq şəbəkələrinə sıxılıb, hüquqlarını soruşmaqdan çəkinir.
Həmkarlar ittifaqlarının fəaliyyəti yox, formaliteti var. Onlar işçinin cibindən pul alır, lakin əlinə çıraq vermir. Əmək qanunları müfəttişlərin cibindəki sənədlərdə qalır.İşsizlik qorxusu isə ədaləti üstələyir. İşəgötürənlər "qapını göstərməklə" hədələyir, işçi isə susur ki, "çörək qazansın".
Nəticə? Dövlətə inam azalır, işçi qüvvəsi ölkəni tərk edir, yerli sərmayə isə ürəyində "niyə?" sualı ilə qalır.
Həll Yolları: Ümid İşığı
Hüquqi maarifləndirmə: Zəhmətkeşə hüquqlarını öyrədən bir fənər olmalıdır.
Aktiv ittifaqlar: Formal deyil, real fəaliyyət. İşçinin səsini eşitdirmək üçün mikrofon.
Dövlət nəzarəti: Qanun pozuntularına qarşı dəmir yumruq deyil, ədalətli bir əl.
Əhməd Rəhmanov
Müstəqil Həmkarlar Birliyiinin sədr müavini
Hiç yorum yok:
Yorum Gönder