"Güclü Gürcüstan" koalisiyasının Kvemo Kartli nümayəndəliyi 9 Aprel qəhramanlarını yad edib - FOTO



"Güclü Gürcüstan" koalisiyasının Kvemo Kartli nümayəndəliyi Marneukidə 9 Aprel abidəsini ziyarət ediblər.

Aktual.ge xəbər verir ki, koalisiyanın Kvemo Kartli nümayəndəsi Aqil Mustafayev və heyət abidəyə güllər düzüblər, əkil qoyublar və müstəqillik uğrunda canından keçən qəhramanları ehtiramla yad ediblər.

“Bu gün Gürcüstan tarixində həm acı, həm də qürurverici bir gündür. Həmvətənlərimizin azadlıq uğrunda canlarını fəda etməsi bizim üçün unudulmaz bir dərs, əbədi bir xatirədir. Bu faciədən 30 ildən artıq zaman keçməsinə baxmayaraq, biz hələ də rus işğalçı rejiminə qarşı mübarizə aparırıq. Təəssüf ki, bugünkü hakimiyyət bizə sübut etməyə çalışır ki, guya Rusiya bizim düşmənimiz deyil. Lakin 9 Aprel və ondan sonrakı bütün hadisələr göstərdi ki, azadlıq heç vaxt havayı verilmir, işğalçını unutmaq isə bağışlamaq demək deyil. Biz keçmişimizi unutmayacaq, gələcəyimiz uğrunda mübarizəmizi davam etdirəcəyik”, - deyə Aqil Mustafayev qeyd edib.

Hiç yorum yok:

Yorum Gönder

Pages